Nadir memarlıq kompozisiyası
20.09.2023 [16:30]
Yaşıl Teatr necə yarandı?
M.BAYRAMLI
Bakının mərkəzində, Dağüstü Parkdan Bulvara enən yamacda, açıq havada yerləşən konsert məkanı olan Yaşıl Teatrdan bəhs edəcəyik. Teatr yalnız isti mövsümdə, yəni may-sentyabr aylarında fəaliyyət göstərir. Xatırlayırsınızsa, Azərbaycan kinosunun qızıl fonduna daxil olan məşhur “Əhməd haradadır?” filminin son səhnəsi də bu teatrda lentə alınmışdı.
Tarixi vərəqləsək görərik ki, amfiteatr formasında inşa edilən tikili 1960-cı illərin əvvəllərində, şəhərin o vaxtkı meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. Mənbələrə görə, o zamanlar bu teatr səhnəsinin adi teatrlardan və açıq səhnələrdən fərqli olaraq, arxa hissəsi yox imiş və buradan Bakı buxtasına mənzərə açılırmış.
2500-ə qədər tamaşaçı qəbul edən teatr kölgəlik yaradan müxtəlif növ ağaclarla əhatə olunub. Onun təbiətindən heyran qalan tədqiqatçı Leonid Bretanitski “Bakı. Memarlıq və incəsənət abidələri” kitabında teatr haqqında belə yazırdı: “Burada istisnasız olaraq, bütün yerlər qəfil küləyin təsirindən qorunaraq əla görmə və eşitmə qabiliyyətinə malikdir. Eyni zamanda, teatrı əhatə edən park tamamilə qorunub saxlanılıb, onun ağacları nadir memarlıq kompozisiyasının ayrılmaz elementidir”.
Sonralar Yaşıl Teatr müəyyən dəyişikliklərə məruz qalır. Belə ki, 1980-ci illərin əvvəllərində teatrın arxasında “Ulduz” sarayı inşa olunur və Bakı buxtasına mənzərəni bağlayır. Bu səbəbdən teatrın səhnəsində daşdan arxa hissə qoyulur. Zamanla burada Azərbaycanın və keçmiş SSRİ-nin tanınmış sənətçiləri çıxış edir.
Eləcə də 1987-ci ildə teatrın səhnəsində Ümumittifaq festivalının “Mahnı-87” konserti keçirilib. Əfsuslar olsun ki, 1993-cü ildə teatr fəaliyyətini dayandırıb. 2005-2007-ci illərdə isə Yaşıl Teatr əsaslı təmir olunub və fəaliyyətinə davam edib.
Hər il yay mövsümündə tamaşaçılarını qəbul edir, əyləncə bəxş edir.
Qeyd edək ki, Bakıdan sonra 2-ci Yaşıl teatr isə Gədəbəydə açılıb. Təbiət qoynundakı ecazkar səhnədə müxtəlif musiqi nömrələri və maraqlı çıxışlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

