“Qoca ürəyin dərmanı”
19.09.2023 [11:41]
Xalq təbabəti
Şahanə
Yemişan bir çox vitaminlər (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə olduqca zəngindir. Bu giləmeyvənin tərkibində insan orqanizmi üçün faydalı olan bəzi maddələrə təbiətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insan sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.
Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Onun tərkibində olan xeyirli maddələr ürəyin tac və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır. Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır.
Ürəyin və beynin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.
Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə müalicə edən həkimlər) yemişanı “qoca ürəyin dərmanı” adlandırırlar. Bu giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək çatışmazlığı müalicəsi zamanı istifadə olunur.
Ağır və uzun sürən xəstəliklərdən sonra yemişan daha tez sağalmağa kömək edir. İnfarkt keçirilmiş insanlar üçün bu giləmeyvə çox xeyirlidir.
Yemişan iltihab və mikrob əleyhinə təsir edir. Bəzi araşdırmalar təsdiq edir ki, yemişan şiş əleyhinə təsirə malikdir. Yemişanı kompot, dəmləmə şəklində qəbul etmək və çay kimi dəmləmək olar.
Yemişanı normadan artıq qəbul etmək olmaz. Bu, arterial təzyiqin düşməsinə, ürək ritminin pozulmasına, baş ağrılarına səbəb ola bilər.
Yemişan çayı
1 xörək qaşığı quru giləmeyvənin üzərinə 200 ml qaynar su əlavə edin və 5 dəqiqə ərzində dəmləyin. Daha sonra yumşalmış giləmeyvələri sıxın, 1 çay qaşığı bal əlavə edin və için. Belə çayı adi çay kimi gündə 2 dəfə içmək olar.
Xəbər lenti
Hamısına baxİdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00

