Qərbi Azərbaycan İcması Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyir
18.09.2023 [19:07]
Qərbi Azərbaycan İcması hazırda ABŞ-ı təmsil edən erməni şahmatçı Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyib.
Bu barədə AZƏRTAC-a İcmadan məlumat verilib.
Bildirilib ki, “Artsax”, “Stepanakert” kimi qondarma toponimlərdən istifadə edən Levon Aronyan şahmat oynamağı öyrənsə də, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öyrənməyib.
Levon Aronyan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, azərbaycanlıları Ermənistan ərazisində və vaxtilə işğal altında olmuş ərazilərdə etnik təmizləməyə məruz qoymasını, şəhərləri, kəndləri, məscidləri qəsdən dağıtmasını, talan və təhqir etməsini heç vaxt pisləməyib, əksinə özü kimi irqçi, daşnak təfəkkürlü soydaşlarına qoşularaq qürrələnib.
O, Ermənistanın keçmiş prezidenti, Vətən müharibəsi zamanı döyüşmək üçün işğal edilmiş ərazilərə gələn, az sonra biabırçılıqla Ermənistana qaçan Serj Sarkisyan Ermənistan Şahmat Federasiyasının prezidenti olarkən, ondan nə üçün Xocalıda mülki azərbaycanlı əhalinin soyqırımının təşkil olunmasında və törədilməsində iştirak etməsini soruşmayıb. Əgər Levon Aronyanda azacıq vicdan hissi varsa, hələ də gec deyil, o, Xocalı cəlladının bu əməlini pisləyə bilər.
Levon Aronyan bu ilin avqust ayında Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda iştirak etməmək qərarını “timsah göz yaşı tökərək” təhlükəsizliyi ilə “izah etmişdi”. Halbuki o, Azərbaycan torpaqları işğal altında olarkən, 2015-ci ildə Bakıda keçirilən turnirdə - özü də elə Dünya Kubokunda iştirak etmiş, hətta həvəslə şəkillər də çəkdirmişdi. Görünür, Azərbaycanın Vətən müharibəsində qələbəsi Levon Aronyanı məyus edib.
Aronyan düşük şoulardan çəkinməli, diqqətini şahmat oynamağa yönəltməlidir. Əgər Levon Aronyanı həqiqətən də insan iztirabları narahat edirsə, onda o, Ermənistan hökumətini deportasiya edilmiş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı Qərbi Azərbaycan İcması ilə dialoqa çağırmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15

