Qadınlar insan, kişilər insan oğludur...
23.08.2023 [13:01]
Şahanə
Cəmiyyətdə qadın və kişinin bərabər hüquq və azadlığa sahib olması məsələsindən danışanda bəzi insanlar bunu hələ də rişxəndlə qarşılayır, qadınları hər baxımdan zəif məxluq saydıqlarından hər zaman kişilərdən bir addım geridə olduqlarını iddia edirlər. "Sizin yaradılışınız budur, zərifsiniz, zəifsiniz, bunu qəbul edib daha böyük iddialara qalxmamalısınız" - deməyə başlayırlar. Ancaq bəşəriyyətə yalnız qadınların övlad bəxş etməsini desək, nəinki zəif olmadığını sübut etmək, hətta bunun möcüzə olduğunu deyə bilərik.
Qadın və kişi arasındakı fərqlilikləri izlədikcə əslində, təbiətən və cəmiyyətdə qadın və kişinin bir-birini tamamlamaq üçün bu cür formalaşdığı, aralarında heç bir üstünlükdən və mübarizədən söhbət getmədiyini görürük.
Təəssüf ki, bəzən bu kimi amilləri unudan “insan övladları” var. Belə ki, dünyanın fərqli coğrafiyalarında qadına davranış şəkilləri, onların hüquqları fərqli istiqamətlərdə formalaşıb. Statistika göstərir ki, demək olar ki, hər 10 qadından 4-ü həyatlarında kişi şiddətinə məruz qalır. Kişilərin qadınlara qarşı zorakılığı bütün dünyada böyük problemdir. “Həyatında ən azı bir dəfə fiziki və ya cinsi zorakılığa məruz qalmış qadınların nisbəti” barədə xüsusi statistik təşkilatlar mövcuddur. Rəsmi məlumatlara görə, ABŞ və Kosta-Rika qadınlara qarşı zorakılığa görə 36 faizlə dünyada 4-cü yerdədir. Kolumbiya qadınlara şiddət nisbətində yüzdə 37 faiz ilə 3-cü yerdədir. Maraqlıdır ki, dünyanın ən böyük iqtisadi güclərindən biri olan ABŞ-da qadınların 36 faizi həyatları boyu ən azı bir dəfə kişilər tərəfindən fiziki və yaxud cinsi zorakılığa məruz qalıb. Yenə həyat səviyyəsinin kifayət qədər yüksək olduğu ölkələrdən biri olan Yeni Zelandiyada qadınlara qarşı zorakılıq nisbəti yüzdə 35 faizdir. Qadınlara qarşı kişi zorakılığının ən aşağı nisbəti 2 faizlə Kanadadır. Bundan bir qədər yuxarıda 7 faizlə Çili və 10 faizlə İsveçrədir. Afrika ölkələləri isə qadın hüquqlarının olmaması, qadınlara zorakılığın pik həddə çatması ilə seçilir.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

