Tofiq yardımçı deməkdir
02.08.2023 [10:30]
Erməni təəssübkeşlərinin “yardımçısı”...
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iqtisadi gücü ildən-ilə artır. Ölkəmizin təşəbbüsü ilə regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələr reallaşdırılır. Dünyanın aparıcı dövlətləri və təşkilatları məhz Azərbaycanı regionun əsas iqtisadi-siyasi güc mərkəzi kimi görür, tanıyır. Onunla əməkdaşlığa can atır.
Təəssüf ki, bu kimi reallıqları yalnız radikal müxalifətin “xüsusi təyinatlı missionerləri” və ya xəyanətkarları görmür və ya görmək istəmir. Reallıqlara kor və kar olan, qərəzə söykənən yalanlarla özlərini gündəmə gətirməyə çalışan, ermənipərəst mərkəzlərin direktivləri əsasında işləyən belələri üçün şər-böhtan adi hal sayılır. Məsələn, “qol-qola Tofiq” və ya Sevinc Osmanqızının hər şeydən xəbərsiz eksperti kimi tanınan Tofiq Yaqublu... Bu şəxsin düşüncələri, “təfəkkürü” haqda xüsusi danışmağa ehtiyac yoxdur - tanıyanlar bilir ki, onun “siyasi ekspertliyi” Əli Kərimlinin sayəsində hasilə gəlib. Daha doğrusu, AXCP sədri ermənilərdən alınan pulların “qırağa” getməməsi üçün Tofiqin ekspertlik statusunu “təsdiqləyib”. İndi də bu “zorən ekspert” nəinki ağlına, hətta ağzına gələni belə danışır. Tofiq Yaqublu deyir ki, “Ermənistan iqtisadiyyatı Azərbaycan iqtisadiyyatından daha çox inkişaf edib, baxmayaraq ki, Ermənistan balaca bir dövlətdir”.
Əslində, özünü döyərək üz-gözünü şişirdən birisindən bu kimi qeyri-ciddi açıqlamadan o yanasını gözləmək olmaz - Fransanın ermənipərəst siyasətini təqdir edən, Paşinyanı təmiz adam sayan, Ermənistan demokratiyasını “nümunə göstərən” T.Yaqublu və onun kimiləri üçün Azərbaycana qarşı şər-böhtanla silahlanaraq yalanlar danışmaq olduqca asandır. Sadəcə olaraq, bu kimi xəstə təxəyyülün daşıyıcısına bəzi nüansları xatırlatmaq yerinə düşür...
Öncə Ermənistandan başlayaq. Bu ölkə ötən 30 ildə nəinki siyasi, hətta iqtisadi cəhətdən müstəqillik qazana bilmədi. Siyasi patronlarının verdiyi ianələr, diasporanın göndərdiyi pulla başını girləyən Ermənistan sanki dövlət deyil, onun imitasiyasıdır. Bunu Tofiq Yaqublu da yaxşı bilir. Sadəcə qərəzi, bu dövlətə, xalqa qarşı qərəzi ona doğruları etiraf etməyə imkan vermir. Ermənistanın 2023-cü il dövlət büdcəsinin gəlirləri 2 trilyon 302 milyard dram (5,8 milyard dollar), xərclər 2 trilyon 591 milyard dram (6,5 milyard dollar) olaraq göstərilir. Azərbaycanın 2023-cü il büdcəsinin ilkin layihəsində isə bu rəqəm 30 milyard 773,9 milyon manat (18,1 milyard dollar) gəlir, 33 milyard 353,3 milyon manat (19,6 milyard dollar) xərc nəzərdə tutulur. Büdcəyə ilin ortasında edilən əlavələri də nəzərə alsaq... Tofiq Yaqublunu utandıracaq bir rəqəm çıxacaq ortaya.
Son 30 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Azərbaycanın strateji valyuta ehtiyatları 65 milyard ABŞ dollarına çatıb ki, bu da Azərbaycan kimi ölkə üçün kifayət qədər böyük həcmdir. Azərbaycan xarici borc öhdəliklərini çox qısa müddətdə tam şəkildə bağlamaq iqtidarında olan ölkədir - Ermənistanın isə dövlət borcu hələ on illiklər boyu onu “təqib edəcək”. Tofiq Yaqublu etiraf etməsə belə, respublikamızın uğurları beynəlxalq səviyyədə də etiraf olunur. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq reytinq təşkilatlarının hesabatlarında ən islahatçı ölkələr sırasında yer alır. Bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri aparılır, “Böyük Qayıdış” reallaşır. Yaxın 10 ildə ölkə iqtisadiyyatının iki dəfə artması perspektivləri yaranıb.
Ermənistandan fərqli olaraq Azərbaycanda əhalinin rifah halının yaxşılaşmasına hesablanan dəstək tədbirlərinin miqyası ardıcıl qaydada genişləndirilir. Ötən il reallaşdırılan sosial məzmunlu islahatlardan təxminən 3 milyon 400 min insan faydalanmaq imkanı qazanıb - Ermənistanın əhalisindən bəlkə də iki dəfə çox insandan söhbət gedir. O cümlədən üçüncü sosial paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Son beş ildə reallaşan 4 sosial islahatlar paketi ölkə əhalisinin rifahının yüksəldilməsində mühüm rol oynayıb.
Azərbaycanın dövlət büdcəsində sosial sferaya ayrılan vəsaitlərin ilbəil artması davamlı hal alıb. Sosial xərclər 2022-ci il dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1280,3 milyon manat və ya 12,4 faiz çoxdur. Dövlət büdcəsində sosial sferanın prioritetliyi 2023-cü ildə də təmin edilir. Belə ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub.
Ermənistanda hansı uğurlar var? Bəlkə o uğurları Paşinyan yalnız özünün sevimlisi Tofiq Yaqublu ilə bölüşür, geniş ictimaiyyətə açıqlamır? Paşinyana “təmiz adam” libası “geyindirən” Yaqublunun xəstə təfəkkürə söykənən bu kimi açıqlamalarının məğzində hansı mənbələr və ya statistik rəqəmlər dayanır?
Bu gün “milli şura”, AXCP, həmçinin xarici ölkələrdə yaşayan bəzi şəxslərin Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsinin arxasında onların Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktoru dayanır. Bu, Tofiq Yaqublunun misalında da bariz şəkildə görünür...
SADİQ
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

