Qərbi Azərbaycan İcmasının Naftalan və Goranboy üzrə nümayəndəliyi yaradılıb
26.06.2023 [12:51]
İyunun 25-də Goranboyda Naftalan şəhəri və Goranboy rayonu üzrə Qərbi Azərbaycan İcmasının (QAİ) nümayəndəliyinin açılış mərasimi olub.
QAİ-nin mətbuat xidmətindən bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Goranboy şəhərində Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
Sonra İcmanın yeni nümayəndəliyinin otaqlarına baxış keçirilib, burada yaradılan şəraitlə tanışlıq olub.
Daha sonra Goranboy Olimpiya İdman Kompleksində 300 nəfərə yaxın Qərbi azərbaycanlı ilə görüş keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov açılış nitqi ilə çıxış ediblər.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın strukturu, məqsədləri, bu günə qədər göstərdiyi uğurlu fəaliyyəti barədə danışıb.
Bildirilib ki, Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarını müdafiə edən leqal təmsilçi kimi onların öz yurd-yuvalarına qayıtmaları istiqamətində beynəlxalq miqyasda da uğurlu fəaliyyət göstərir.
Əziz Ələkbərli son 200 ildə Qərbi azərbaycanlıların üzləşdikləri ağrı-acını, ötən əsrdə dörd dəfə kütləvi deportasiyaya uğramalarını dilə gətirərək, öz yurd-yuvalarına qayıdışının onların təməl hüquqları olduğunu bildirib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının digər üzvləri – İcma sədrinin müavini, deputat Ramil Həsən, Ağsaqqallar Şurasının sədri, deputat Əhliman Əmiraslanov, Gənclər Birliyinin üzvü, deputat Naqif Həmzəyev, Gənclər Birliyinin üzvü, deputat Anar Məmmədov nümayəndəliyin işinə uğurlar arzulayıb, belə addımların davamlı olmasını diləyiblər.
Sonra Qərbi Azərbaycan İcmasının Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəsi Nurəddin Həsənov ictimaiyyətə təqdim olunub.
Nurəddin Həsənov çıxışında ona göstərilən etimada görə Qərbi Azərbaycan İcmasının rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, İcmanın yerli nümayəndəliyi həmin rayonlarda yaşayan Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

