Optimist proqnozlar...
23.06.2023 [10:29]
Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizdəki sabit pul siyasəti, manatın məzənnəsinin qorunması kimi müsbət məqamlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da xüsusi olaraq vurğulanır. Belə müsbət dəyərləndirməni, həmçinin “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Avropa ölkələri üzrə risk rəhbəri Anvita Basu da ifadə edib. O bildirib ki, manatın rəsmi məzənnəsi son 5 il ərzində ABŞ dollarına nisbətdə 1,70 səviyyəsində sabit qalıb. “Biz hesab edirik ki, ölkə manatın hazırki məzənnəsini qorumaq iqtidarındadır. Ölkə kifayət qədər sağlam valyuta ehtiyatlarına malikdir”- deyə Anvita Basu əlavə edib.
Beynəlxalq reytinq agentliyinin təmsilçisinin Azərbaycanın maliyyə sektoru və milli valyutanın rəqabətqabiliyyətliliyi ilə bağlı ifadə etdiyi fikirlər ölkəmizin müsbət reallıqlarından qaynaqlanır. Azərbaycan dövləti uğurlu iqtisadi siyasət həyata keçirir. Son 20 ildə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan islahatlar dinamik iqtisadi inkişaf üçün bütün zəruri şərtləri təmin edib. Məlumdur ki, ölkəmizin əsas valyuta gəlirləri enerji resurslarının ixracı hesabına formalaşır. Ancaq Azərbaycan həm də qeyri-neft sektorunun inkişafını hədəfləyib. Aparılan islahatlar respublikamızda biznes mühitinin optimallaşdırılmasını təmin edib, investisiya cəlbediciliyini, qeyri-neft sektorundan ixracın stimullaşdırılmasını təmin edib. Ölkəmiz dördüncü sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atır. Əlamətdar haldır ki, Azərbaycandan qeyri-neft sənayesində istehsal olunan malların ixrac həcmləri artır, o cümlədən ölkəmiz innovativ məhsul ixracına start verib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz artıb. Bu isə ölkəmizə əlavə valyuta daxil olması anlamına gəlir. Qeyd edək ki, hazırda Azərbaycan kifayət qədər etibarlı “maliyyə yastığına” malik olan bir ölkədir. Respublikamızın starateji valyuta ehtiyatları 65 milyard dollara çatıb. Bu gün respublikamız heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Xarici borc öhdəliklərimiz aşağı səviyyədədir və onların tam bağlanılmasını cəmi bir neçə günə təmin etmək mümkündür.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25

