XİN: Azərbaycan dünyada tolerantlığın, dinc birgəyaşayışının nümunəsi sayılır
18.06.2023 [10:52]
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.
Bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Demokratiya və inkişaf yolunu tutan Azərbaycanda insan hüquqları 1995-ci il ölkə Konstitusiyası ilə qorunur. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub. Bu il ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənədin təsdiq edilməsinin 25 ili tamam olur.
Ötən illər ərzində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmini, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə mühüm işlər görülüb. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, eləcə də ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.
Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlamış “Bakı Prosesi” çərçivəsində ölkəmizdə çoxsaylı Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və digər beynəlxalq tədbirlər keçirilib. Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır.
İnsan hüquqları və əsas azadlıqların təmin olunması istiqamətində ölkə daxilində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan beynəlxalq insan hüquqları müdafiə sisteminə də töhfəsini verir. Azərbaycan 2006-cı ildə yaradılmış BMT-nin İnsan Hüquqları Şurasının ilk üzvləri sırasında olub, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib.
Azərbaycan Respublikasının təşəbbüsü ilə 2002-ci ildən etibarən BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” adlı qətnamə iki ildən bir dövri əsasda, Qoşulmama Hərəkatının sədri qismində irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasının (İHŞ) sessiyalarında, “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf məqsədlərinin təşviq edilməsi” adlı qətnamə İHŞ-də yekdilliklə qəbul edilmişdir.
Azərbaycanın təşəbbüsü ilə BMT İHŞ-də “Minaların insan hüquqlarına təsiri”, “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə mədəni müxtəlifliyin təşviqinin vacibliyi”, “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə təhsilin rolu” mövzularında səsləndirilmiş birgə bəyanatlar çoxsaylı dövlətlər tərəfindən dəstəklənib.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci, İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının 25-ci ildönümündə Azərbaycan Respublikası bütün insan hüquq və əsas azadlıqlarının universallığı, qarşılıqlı asılılığı və bölünməzliyi prinsiplərinə sadiq olaraq qalır."
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59

