Biznes qurmaq...
15.06.2023 [11:43]
Riskli, həm də gəlirli sahə
Qönçə QULİYEVA
Müasir dövrün tələbləri günü-gündən dəyişir. Bu isə əmək bazarına birbaşa təsir edir. Əmək bazarının tələblərini dəyişməsi insanların əksəriyyətini sıravi işçi kimi çalışmaqdan uzaqlaşdırır. Bu səbəblə insanlar düzənli maaşdan imtina edir və öz şəxsi biznesini qurmağa başlayırlar. Hətta biznes kiçik gəlirli olsa belə...
İş qurmaq və öz işinin müdiri olmaq xüsusən də yeni nəslin ən böyük arzularından biridir. Keçmişlə müqayisədə 21-ci əsrdə biznes qurmaq sözün əsl mənasında “trend”ə çevrilib. Araşdırmalar göstərir ki, 1980-ci ildən sonra doğulan nəslin əvvəlki nəsillə müqayisədə biznes qurmaq cəhdləri daha çoxdur. Yeni nəsil maaşlı işin öz performanslarını və bacarıqlarını azaltdığı fikrindədir. Bu səbəbdən son vaxtlar kiçik və orta biznesin sayında artım müşahidə edilir.
Biznes iqtisadiyyatın təməl daşıdır. Kiçik və orta sahibkarlıq nə qədər güclü olarsa, iqtisadiyyat da bir o qədər güclü və böhranlara qarşı davamlı olar. Biznes fəaliyyətinin davamlı olması ölkənin iqtisadiyyatının inkişaf etməsində ən önəmli faktordur. Kiçik və orta sahibkarlarlıqla məşğul olmaq istəyənlər, bu işə yeni başlayanlar biznesdə uğur qazanmaq üçün nə etməlidirlər? - Sualımızı iqtisadçı ekspert Xalid Kərimli cavabladı.
X.Kərimli bildirdi ki, Sahibkarlıqla məşğul olmaq istəyənlər öz bilik və bacarıqlarına uyğun biznes seçməlidirlər: “ Təbii ki, yeni biznes fəaliyyəti ilə məşğul olmaq istəyənlər adətən az kapital tələb edən işlərə üz tuturlar. Bizneslə məşğul olmaq üçün ya fiziki, ya da hüquqi şəxs kimi VÖEN almaq lazımdır. Adətən ilk dəfə bizneslə məşğul olanlar rəqabətin çox olduğu sahələri seçmirlər. Bizneslə məşğul olmazdan öncə uğurlu sahibkar olmağın yollarını öyrənmək lazımdır. Sahibkar təşəbbüskar, yenilikçi xüsusiyyətlərinə malik olmalıdır. Bizneslə məşğul olarkən digərlərindən fərqli üsullarla təqdim etmək uğur qazanmağa kömək edəcəkdir. Əgər təkrarlanan fəaliyyət olarsa, daha güclü bizneslərlə rəqabət aparmaq çətin olacaq. Yəni, siz araşdırmalı və ödənilməyən tələbatı tapmalı və ya insanlarda tələbat yaratmalısınız. Biznes üçün önəmli olan məqamlardan biri də, təşkilatçılıq qabiliyyətidir. Bilməliyik ki, biznesdə qazanc olduğu kimi risklər də mövcuddur. Yəni, riskə hazırlıqlı olmaq lazımdır. Bundan başqa, bazarı düzgün proqnozlaşdırmaq, biznesi düzgün planlaşdırmaq, işin düzgün təşkil edilməsi diqqət edilməli nüanslardır. Cəmiyyətimizdə sahibkarlıq elit təbəqə hesab edilir. Çünki sahibkar həm işverən, həm də vergi ödəyəndir. İnsanlar psixoloji olaraq müstəqil olmağa üstünlük verdiklərinə görə biznes fəaliyyətini seçirlər. Biznes fəaliyyətində daha çox pul qazanmaq imkanları mövcuddur. Risk edib pul itirmək olsa da, düzgün qurulmuş biznesə uğur gətirəcəkdir”.
Biznes qurmaq çətin, riskli və əziyyətli işdir. Lakin bines fəaliyyətinin iqtisadiyyata təsir gücünə malik olduğunu nəzərə alaraq, dövlətimiz sahibkarlara daim diqqətlə yanaşır. Sahibkarların problemlərinin həlli üçün çalışır, hətta yeni biznes qurmaq istəyənlərə kömək edir və sahibkarlar üçün güzəştli şərtlərlə kredit təklif edir. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı vasitəsilə bizneslə məşğul olmaq istəyənlərə yardım edilir. DMA-nın mətbuat katibi Əsmər Nəcməddinqızı “Yeni Azərbaycan” qəzetinə məşğulluq proqramı barədə məlumat verib: “ Öz biznesini qurmaq istəyən şəxslərə dəstək olduğumuz istiqamət özünə məşğulluq proqramıdır.Vətəndaş əgər özü işini qurmaq istəyirsə, DMA-ə müraciət edir. Proqram çərçivəsində məşğuluq imkanları qiymətləndirilir. Qeydiyyatdan keçir və karyera məsləhətçiləri iş qurmaq istəyən vətəndaşlarla danışıqlar aparır. Vətəndaş özünüməşğulluq proqramı üçün uyğun namizəddirsə, həmin proqram üzrə qeydiyyata alınır. Daha sonra vətəndaşın şəraitinə baxış keçirilir, təlimlərdə iştirak edir və qiymətləndirilməyə cəlb olunur. Bundan sonrakı mərhələdə vətəndaş biznesi üzrə avadanlıqlarla təmin olunur. Vətəndaşın işi bir il ərzində nəzarətdə saxlanılır və yoxlanılır. Bu yoxlanış ona görə aparılır ki, vətəndaşın avadanlıqlardan düzgün istifadəsi təmin edilsin. Bir ildən sonra avadanlıqlar vətəndaşın mülkiyyətinə verilir ”.
Xəbər lenti
Hamısına baxİdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39

