Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qazaxıstanda meşə yanğınları davam edir, ölənlərin sayı 14-ə çatıb

Qazaxıstanda meşə yanğınları davam edir, ölənlərin sayı 14-ə çatıb

10.06.2023 [18:55]

Qazaxıstanda iyunun 8-dən başlayan meşə yanğınları davam edir. 

Qazaxıstan mediası xəbər verir ki, ölkədə meşə yanğını 60 min hektardan çox əraziyə yayılıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamaya görə, yanğına 1000-ə yaxın yanğınsöndürən, 237 texnika və 11 helikopter müdaxilə edir. Abay rayonunda baş vermiş yanğının söndürülməsi üzrə əməliyyat qərargahından verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı daha 11 nəfərin meyiti aşkarlanıb, ölənlərin kimliyi müəyyənləşdirilir. Bununla da meşə yanğınlarında ölənlərin sayı 14 nəfərə çatıb. Bundan əvvəl meşə təsərrüfatının itkin düşmüş 3 əməkdaşının meyitinin tapıldığı açıqlanmışdı. 

Qazaxıstan Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, baş nazir Əlixan İsmayılov meşə yanğını ilə bağlı təcili iclas keçirib.

Ölkənin şərqindəki Abay vilayətində Semey meşəsində iyunun 8-də baş verən yanğının dünəndən etibarən sürətlə yayılmağa başladığı, yanğının söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən yanğınsöndürənlərin göndərildiyi bildirilib.

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31