Bugünkü Azərbaycan iqtisadiyyatının təməl daşı...
11.05.2023 [10:44]
Ulu Öndər tərəfindən uzaqgörənliklə qoyulub
(Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur)
Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz müstəqilliyini yenicə elan etsə də, o, müstəqilliyin ilk illərində siyasi naşıların və iqtisadiyyat barəsində anlayışı olmayan diletantların tərəfindən idarə olunurdu. O dövrdə ölkə həyatının bütün müstəvilərində yaranmış xaos, eynilə ölkənin iqtisadiyyatını və onun maliyyə sistemini əhatə etmişdi. Həmin dövrdə ölkənin iqtisadiyyatı və maliyyə sistemi o qədər bəsit idarə olunurdu ki, dövlətin parlament tərəfindən təsdiqlənmiş büdcəsinin olmaması belə bu dövləti idarə edənləri narahat etmirdi. Elə bunun nəticəsi idi ki, cəbhə hakimiyyəti dövründə 1992-ci ilin büdcəsi, ümumiyyətlə, təsdiq olunmadı, 1993-cü ilin dövlət büdcəsi isə ölkə parlamentində 1992-ci ilin dekabr ayının sonuncu iş günü qəbul olundu. Bu bir dövlət üçün utancverici hal idi. Bütün bunlar o vaxtkı hakimiyyətin başında oturanların dövlət idarəçiliyindəki naşılığının və diletantlığının nəticəsi idi. Cəbhə hakimiyyətinin fəaliyyəti dövründə ölkə iqtisadiyyatının durumunun gündən-günə daha da ağırlaşmasına baxmayaraq, iqtisadiyyatdakı bu acınacaqlı vəziyyət bir dəfə də olsun dövlət rəhbərliyi səviyyəsində müzakirəyə çıxarılmadı.
Azərbaycan iqtisadiyyatının problemləri yalnız dahi dövlət rəhbəri, uzaqgörən siyasətçi Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra çözülməyə başladı. Ölkədə 1993-1994-cü illərdə bir-birinin ardınca baş verən dövlət çevrlişi cəhdlərinə, cəbhədəki gərginliklərə, bir sözlə ölkə həyatında yaranmış qeyri-stabil ictimai-siyasi duruma baxmayaraq, Ulu Öndər ölkənin iqtisadiyyatının, onun maliyyə sisteminin problemlərinin həll edilməsi məqsədilə yüksək səviyyədə ardıcıl müzakirələr keçirir, iqtisadiyyatda sabitliyin əldə olunması, maliyyə sistemindəki özbaşınalıqların aradan qaldırılması üçün zəruri qərarlar qəbul edirdi. Məhz görülən bu tədbirlərin nəticəsində 1994-cü ildə 1750-1800%-ə çatan illik hiperinflyasiya, 1995-ci ilin sonlarında tam ram edilərək, 8-10% səviyyəsinə qədər endirilə bildi. İqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi.
Əsrin müqaviləsi ilə Ulu Öndər Azərbaycanın yüz illik enerji strategiyasının təməlini qoydu. Bu müqavilənin imzalandığı 1994-cü il bəlkə də Azərbaycan iqtisadiyyatının və onun maliyyə sisteminin yaşadığı ən kəşməkeşli bir dönəmi idi. Belə bir dönəmdə, xüsusilə də ölkədə ictimai-siyasi sabitliyin yetərincə gərgin olduğu bir vaxtda, öz müstəqilliyinin ilk - kövrək illərini yaşayan Azərbaycana iri həcmdə xarici investisiyaların gətirilməsi mümkünsüz bir iş idi. Lakin Heydər Əliyev bunu etdi. Xarici investorlar Azərbaycanın neft sənayesinə milyardlarla dollar yatırımlar etmək qərarı verdilər. Dünya təcrübəsində bəlkə də belə bir vəziyyətdə olan heç bir ölkəyə investorlar kapital yatırtmamışdı. Bu, Heydər Əliyev siyasi kursunun təntənəsi idi. Azərbaycan neft sənayesinə dünyaca məhşur olan neft şirkətlərinin bu yatırımları məhz Heydər Əliyev kimi nəhəng bir siyasətçiyə olan güvənin təzahürü idi. Bu müqavilə həm iqtisadi və həm də siyasi baxımdan gənc Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun yüksəlişi üçün ciddi bir dönüş nöqtəsi idi. Heydər Əliyev bu müqavilə ilə Azərbaycan iqtisadiyyatının gələcək yüksəlişinin və inkişaf strategiyasının bünövrəsini qoydu.
Ulu öndərin təməlini qoyduğu bu strategiya bu gün cənab Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun və yüksək səviyyədə davam etdirilir. Bu gün Azərbaycan məhz təməli 1994-cü ildə qoyulmuş enerji strategiyasının uğurla reallaşdırılması nəticəsində artıq Avropanın güvənli qaz təminatçılarından birinə çevrilib. Bu gün Azərbaycan iqtisadi qüdrəti ilə regionun ən güclü ölkəsidir. Bu gün Azərbaycan dünya siyasət meydanında söz sahibidir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir qlobal layihənin reallaşdırılması mümkün deyil. Azərbaycan özünün Qarabağ kimi ağrılı bir problemini də öz güclü iqtisadiyyatına və bu iqtisadiyyatdan süzülərək gələn dayanaqlı maliyyə imkanlarına söykənərək 44 gün ərzində həll edə bildi. Bu gün Azərbaycan iqtisadiyyatının lokomotivi elə bir vüsət götürüb ki, o, yaxın on il ərzində bu iqtisadiyyatı mahiyyət etibarilə yeni yüksəkliklərə daşıya biləcəkdir.
Prezident İlham Əliyevin iqtisadi strategiyasının kökündə dayanan əsas məsələ Azərbaycan iqtisadiyyatının neftdən asılılığını tam optimallaşdırmaqdan ibarətdir. Prezident kimi fəaliyyətə başladığı birinci ildə “Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq, ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu Azərbaycan neft ölkəsi deyil” deyib, neftin gələcəyinin o qədər böyük olmadığının fərqində olan Dövlət Başçısı bu gün də bu strategiyanı uğurla reallaşdırmaq məqsədilə qətiyyətli addımlar atmaqdadır. Son beş ildə Azərbaycanın qeyri-neft ixracınının 1,8 dəfə artması bunun bariz nümunəsidir. Əgər pandemiya səbəbindən dünya iqtisadiyyatının yaşadığı problemlər və onun Azərbaycan iqtisadiyyatına təsirləri olmasaydı, bu göstərici heç şübhəsiz daha böyük olacaqdı.
Bu gün ölkənin sənaye sistemi yenidən qurulur, aqrar sektor müasir inkişaf yoluna çıxarılır, bir sözlə Azərbaycan öz iqtisadiyyatını 4-cü sənaye inqilabının tələblərinə uyğun bir şəkildə, innovasiyalara söykənərək yüksəklərə daşımağa üz tutub. Bugünkü iqtisadi uğurların təməl daşı Ulu Öndər tərəfindən zamanında çox böyük uzaqgörənliklə qoyulub.
Fikrət Yusifov,
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru,
professor, sabiq maliyyə naziri
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

