5800 tərbiyəçi-müəllimin təhsili yoxdur...
09.05.2023 [11:30]
Çıxış yolu nədir?
Yeganə BAYRAMOVA
Ölkəmizdə fəaliyyət göstərən bir çox məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər əslində pedaqoji təhsili olmayan, tamamilə başqa peşə sahibləridirlər. Hətta bu müəssisələrdə çalışanlardan 5800 nəfərinin nəinki ali, heç orta təhsili yoxdur. Uşaqların dünyagörüşünün formalaşması və ilkin biliklərin əldə edilməsində məktəbəqədər təhsilin önəmi bəllidir. Bu baxımdan tərbiyəçi-müəllimlərin uşaq psixologiyasından xəbərdar olması, onların hərtərəfli inkişafı üçün bilik və bacarıqlara yiyələnməsi vacibdir. Ona görə də məktəbəqədər təhsil müəssisəsində çalışan şəxslərin orta və ali təhsilli olması mühüm kriteriyalardan biridir.
Elm və Təhsil Nazirliyi bəzi bağça müəllimlərinin dərəcəsinin azaldılması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib. Nazirlikdən bildirilib ki, ölkə başçısının müvafiq sərəncamına əsasən, dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb.
Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, Nazirliyin açıqladığı rəqəmlər həqiqəti əks etdirir. Onun sözlərinə görə, ölkəmizdə 16 min şəxs məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi-müəllim vəzifəsini yerinə yetirir: “Onların içərisindən 5800 nəfərin ali və orta təhsilə malik olmaması yaxşı hal deyil. Təbii ki, həmin şəxslərin hər biri 2011-ci ildən 2021-ci ilə qədər işə qəbul edilənlərdir. Dövlət başçısı tərəfindən 2021-ci ilin dekabr ayında müvafiq sərəncam verildi ki, bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsin. Məhz həmin dövrə qədər bağçaların idarə edilməsi yerli icra hakimiyyətlərinə tabe idi. Ona görə də prosesə baxılmırdı, diqqətlə izlənilmirdi, bağça müdirləri və işçi heyəti tamamilə fərqli şəxslər idi, istiqamət üzrə bilik və bacarıqları olmayan şəxslər prosesə cəlb edilirdi. Nəticə etibarilə həmin faktların hər biri bu gün üzə çıxır. Həmin faktlar ona görə üzə çıxır ki, 2022-ci ilin yanvar ayından etibarən artıq Elm və Təhsil Nazirliyi prosesi üzərinə götürdü və araşdırma əsasında bu faktlar aşkar edildi”.
“Məsələdən çıxış yolu nədir?” sualına gəlincə, ekspert bildirib ki, ali və orta təhsili olmayan 5800 nəfər şəxs ya attestasiyadan keçməli, ya da təlimlərdə iştirak edib imtahan verərək təyin olunan müsabiqə şərtini ödəməlidir: “Müsabiqə şərtlərini yerinə yetirə bilməyən şəxslərin isə əmək müqaviləsinə xitam vermək və yaranan vakant yerlər üzrə işə qəbulu həyata keçirmək lazımdır. “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunda konkret olaraq qeyd olunur ki, bağçalarda və məktəbəqədər təhsil müəssisələrində yalnız ali və orta ixtisas təhsilli, “Məktəbəqədər təlim-tərbiyə” ixtisasını bitimiş şəxslər tərbiyəçi-müəllim kimi işləyə bilərlər. Amma bu gün görürük ki, bu ixtisası deyil, tamamilə fərqli ixtisasları bitirən, ümumiyyətlə, təhsili olmayan şəxslər çalışır və bunun da qarşısı mütləq alınmalıdır. Çünki bizim üçün orta və ali təhsillə paralel olaraq məktəbəqədər təhsil də vacibdir. Ona görə də düşünürəm ki, bu istiqamətdə atılan addımlar gələcəkdə müsbət effekt verəcək”.
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09

