Ulu Öndərin xeyir-duası
29.04.2023 [11:38]
Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunub gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Heydər Əliyev kitaba və kitab nəşrinə həmişə böyük dəyər vermişdir. Heydər Əliyev dərin mütaliəsi sayəsində tarixi hadisələrə tarixçi kimi müdaxilə edir, ədəbiyyat məsələlərinə ədəbiyyatşünas alim kimi münasibət göstərir, şair, yazıçı və dramaturqlarımızın əsərlərinə yaradıcı yanaşırdı. O həmişə gəncləri mütaliə etməyə çağırmış, kamil insan kimi yetişməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.
“Təhsil” nəşriyyatı müstəqilliyimizin yaşıdıdır. Onun fəaliyyətinin ən çətin ilk dövrü Ulu Öndərin hakimiyyət illərinə təsadüf edir. O zaman yeni, milli təhsil sisteminin qurulması məsələsi ölkədə ən mühüm və təxirəsalınmaz vəzifələrdən biri kimi gündəmə gəlmişdi. Bu çətin məsələnin həll edilməsi yeni fənn proqramlarının hazırlanması və onların əsasında yazılmış yeni dərsliklərin nəşr olunmasından başlanmalı idi. Bu sahədə Təhsil Nazirliyinin, Mətbuat və İnformasiya Nazirliyinin üzərinə böyük məsuliyyət düşürdü. İndiyə qədər hər il təkrar-təkrar nəşr olunan, on illərlə dəyişməyən dərsliklər artıq yenidən yazılmalı, müasir dövrün , müstəqil Azərbaycan məktəbinin tələbinə uyğun olmalı idi. Birmənalı qeyd olunmalıdır ki, nəşriyyat heç də sadəcə icraçı bir qurum deyil, əksinə əksər məqamlarda sifarişçi, yaradıcı, istehsalçı və yayımçı bir mədəniyyət və kommersiya müəssisəsidir. Nəşriyyatın rəhbərliyi çalışmalıdır ki, sadalanan bütün parametrlər üzrə işlər yüksək səviyyədə olsun. Bu isə xüsusilə həmin dövrdə o qədər də asan deyildi. “Təhsil” nəşriyyatı fəaliyyətə cəmi 8 nəfər yaradıcı heyətlə başladı. İlk aylarda heç bir maliyyə imkanı, hətta oturmağa binası belə olmayan nəşriyyat az b?r zamanda yığcam, bacarıqlı, öz işinə güvənən professional bir kollektiv yaradaraq məqsədinə nail olmağı bacardı və milli dərsliklərimizin yaranması üçün əlindən gələni etdi. Onun gərgin fəaliyyətinin nəticəsi olaraq bütün dərsliklər yeniləndi. Təsadüfi deyil ki, nəşriyyat yarandığı gündən keçən qısa vaxt ərzində 2003-cü ildən başlayaraq hər il “İlin kitabı” adına layiq görülən “Ata yurdu” (5-ci sinif üçün dərslik), 8-9-cu siniflər üçün “Azərbaycan dili”, 10-11-ci siniflər üçün “Azərbaycan dili” dərslikləri kimi seçilən kitablar nəşr etmişdir. “Təhsil” nəşriyyatı tarix dərsliklərinin yazılmasına da öz töhfəsini vermişdir.
“Ata yurdu” dərsliyindən danışarkən haşiyə çıxmaq istəyirəm. Bu dərsliyin hazırlanmasında tarix elmləri doktoru, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudlu xeyli əmək sərf etmişdi. Dərsliyin üz qabığındakı xəritədə ölkəmizin ərazisi ilə birlikdə Azərbaycanın Araz çayının sağ sahilində qalan tarixi torpaqları da əks olunmuşdu. Buna görə İran İslam Respublikası Azərbaycan dövlətinə etiraz məktubu göndərmişdi. O zaman Heydər Əliyev tariximizə bu cür münasibətə görə dərsliyin müəllifini və nəşriyyatı nəinki cəzalandırmamış, əksinə təqdir etmişdi. Təsadüfi deyil ki, bu məsələdən sonra dərslik “İlin kitabı”, “Təhsil” nəşriyyatı isə 2003-2005-ci illərdə “İlin nəşriyyatı” fəxri adına (diplomuna) layiq görülmüşdü. Biz bunu Ulu öndərin xeyir-duası kimi qəbul etdik və sonrakı illərdə nəşriyyatımız yeni uğurlara imza atdı. 2005-ci il MDB ölkələrinin “kitab sənəti” II Beynəlxalq müsabiqəsində ən yüksək balla qalib gələn “Qarabağ: real tarix, faktlar və sənədlər” kitabımız ən böyük uğurumuz oldu. Nəşriyyatımız Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün bu kitabı rus, ingilis, fransız, ərəb və türk dillərində nəşr etdi.
Torpaqlarımızın işğaldan azad olunması Ulu ?ndərin ən böyük arzusu idi. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində xalqımız, ordumuz, əsgərlərimiz, Ali Baş Komandanımız Ulu Öndərin arzularını gerçəkləşdirdi. İndi Qarabağda böyük quruculuq işləri gedir. Bu böyük işdə bizim də öz missiyamız var, çünki kitablar həmişə dövrünün aynası olub və bu, indi də belədir. Biz çalışacağıq ki, öz missiyamızı layiqincə yerinə yetirək.
Tural AXUNDOV
“Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin baş direktoru
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

