BMT-nin xüsusi missiyası Ermənistana göndərilsin
11.04.2023 [10:04]
Qərbi Azərbaycan İcması Antonio Quterreşə müraciət edib
N.BAYRAMLI
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə növbəti bir addım kimi Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması prosesinə başlamaq üçün bu ölkəyə BMT-nin xüsusi missiyasının göndərilməsini xahiş edib. Müraciətdə bildirilir ki, 1989-cu ildə yaradılmış təşkilatımız Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdikləri Ermənistanın indiki ərazisindən qovulması 1991-ci ildə başa çatdırılıb. Etnik təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Ermənistandakı Azərbaycan tarixi-mədəni irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar geniş miqyasda dağıdılıb, bütün Azərbaycan toponimləri dəyişdirilib. Azərbaycanlıların Ermənistandan qovulması siyasi, hüquqi və humanitar ölçüləri nəzərə alsaq, misli görünməyən ədalətsizlikdir. Biz istərdik ki, bu haqsızlıq aradan qaldırılsın. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geri qayıtmaq hüququna əsaslanaraq, biz öz evlərimizə təhlükəsiz və ləyaqətlə qayıtmağa can atırıq.
Qayıdış prosesi üçün təhlükəsizliyə dəstək zəruridir
İcmanın müraciətində BMT-nin Baş katibinin diqqətinə təşkilatın dinc, təhlükəsiz və ləyaqətli qayıdış konsepsiyanın hazırlandığı və həmin sənədin A/77/801-S/2023/134 və E/2023/53 saylı qeydiyyat nömrələri ilə BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayıldığı çatdırılır. “Digər oxşar vəziyyətlərdə olduğu kimi, Ermənistandan qovulmuş azərbaycanlıların könüllü, təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaratmaq üçün əsaslı beynəlxalq töhfə gərəkdir. Öncə qeyd edək ki, geri qaytarma ən yaxşı şəkildə müvafiq beynəlxalq hüquqi razılaşma çərçivəsində baş verdikdə təmin edilir. Qayıdış prosesi beynəlxalq ictimaiyyətdən müvafiq təhlükəsizlik, humanitar və sosial-iqtisadi yardım tələb edəcək. Geri qayıtmış əhalinin yenidən qovulmasının, onlara qarşı ayrı-seçkiliyin və zərərin qarşısını almaq üçün beynəlxalq sülhü qoruma, monitorinq, hesabatlılıq, müdaxilə və digər zəruri fəaliyyətlər zəruri olacaq. Qayıdanların davamlı reabilitasiyasını və yenidən inteqrasiyasını təmin etmək üçün beynəlxalq nəzarət altında müvafiq yenidənqurma və barışıq tədbirlərinə ehtiyac duyulacaq. Bir daha qeyd etmək istərdik ki, bizim təhlükəsiz və ləyaqətli qayıdış hüququmuzun təmin edilməsinə dair Ermənistandan qanuni tələbimiz bu ölkənin ərazi bütövlüyünə və ya suverenliyinə xələl gətirəcək şəkildə yanlış tövsif edilə bilməz”, - deyə müraciətdə vurğulanır.
Əməkdaşlığa hazırıq
Onu da qeyd edək ki, insan hüquqlarına əsaslanan ədalət və barışığa nail olmaq üçün dialoqa başlamaq məqsədilə Qərbi Azərbaycan İcması birbaşa Ermənistan hökumətinə də müraciət edib. Bu məlumat BMT-nin rəhbərinin diqqətinə çatdırılıb. İcmanın Baş katibinə müraciətində daha sonra vurğulanır: “Biz insan hüquqlarına və insanların qanun qarşısında bərabərliyinə inanırıq. Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına məhəl qoymamaq ədalətsizliyin davam etməsidir. Bu, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına heç cür yardım etmir. Odur ki, sizdən xahiş edirik ki, BMT-nin Baş katibi kimi xoş niyyətlərinizlə bizim işimizə dəstək olasınız və aşağıdakı vəzifələri yerinə yetirə biləcək BMT-nin qurumlararası missiyasını Ermənistana göndərəsiniz:
- ümumi vəziyyəti qiymətləndirmək, təhlükəsiz və ləyaqətlə könüllü qayıdışa əlverişli şəraitin yaradılması üçün addımlar müəyyən etmək;
- beynəlxalq humanitar yardım və uzunmüddətli reabilitasiya, reinteqrasiya proqramları kimi repatriasiya prosesinin ehtiyaclarını müəyyən etmək;
- geri qayıdan azərbaycanlıların hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini, onların reinteqrasiyasını təmin etmək üçün Ermənistanın həyata keçirməli olduğu qanunvericilik və icraedici tədbirləri, habelə barışığa nail olmaq üçün atmalı olduğu addımlarını müəyyən etmək;
- Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək, zərər vurulmuş və məhv edilmiş irs nümunələrinin bərpası üçün tələb olunan addımları müəyyən etmək;
- azərbaycanlılara məxsus qanunsuz zəbt olunmuş əmlakın inventarlaşdırılmasını aparmaq;
- münaqişənin Ermənistandakı evlərini tərk etməyə məcbur qalmış etnik azərbaycanlıların hüquqlarına təsiri barədə məlumat toplamaq;
- Ermənistanın qovulmuş azərbaycanlı sakinlərinin bu ölkədəki evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni irsini ziyarət etmələrinə imkan yaradan etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək;
- repatriasiyanın dəstəklənməsi məqsədi ilə beynəlxalq aləmin mümkün təhlükəsizlik rolunu müəyyən etmək üçün təhlükəsizlik vəziyyətinin texniki-səhra qiymətləndirməsini həyata keçirmək”.
Bundan əlavə İcma maraqlı tərəf olaraq, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun təmin edilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsində BMT ilə qarşılıqlı əməkdaşlıq etməyə və bununla da regionda ədalətin, sülhün və təhlükəsizliyin bərqərar edilməsinə yardım etməyə hazır olduğunu bəyan edib.
Xəbər lenti
Hamısına baxElanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17

