Ekoaksiya xarici jurnalistlərin gözü ilə...
01.03.2023 [10:41]
Beynəlxalq media haqq işimizi dəstəkləyir
Yeganə BAYRAMOVA
Fevralın 27-də xarici media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün hadisə yerinə səfər ediblər. Kanada, İspaniya, Türkiyə, ABŞ, Böyük Britaniyadan olan media nümayəndələri aksiya iştirakçılarından müsahibələr alıblar. Jurnalistlər, həmçinin aksiyanın gedişi, keçirilmə səbəbləri barədə məlumat əldə ediblər. Onlar Laçın-Xankəndi yolunda sərbəst hərəkətin təmin edilməsinin şahidi olub, aksiya ərazisindən çəkilişlər ediblər.
Avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər
İspaniyalı jurnalist David Lopez Frias Gordon Azərbaycana ilk dəfə səfər etdiyini bildirib: “Burada nəyin baş verdiyini görmək üçün gəlmişik. Biz burada insanların etiraz aksiyası keçirdiyini görürük.
Azərbaycandan bir çox insanlar bizə yayılan xəbərlərin yalan olduğunu söyləyirlər. Bunun bir daha şahidi olduq. Avtomobillər aksiya ərazisindən maneəsiz şəkildə keçir. Biz, sadəcə, insanların təbiəti qorumaq üçün etiraz aksiyası keçirdiklərini görürük”.
Qarabağda demək olar hər şey dağıdılıb
Britaniyalı jurnalist Robert Parker Qarabağın təbiətinin, dağların mənzərəsinin çox gözəl olduğunu söyləyib: “Qarabağa, Şuşa şəhərinə ilk dəfədir səfər edirəm. Qarabağda demək olar hər şey - dükanlar, evlər, mədəni abidələr dağıdılıb.
Ümumiyyətlə, Azərbaycana on il əvvəl səfər etmişəm. Buraya gəldiyim üçün çox xoşbəxtəm və qürur duyuram. Region füsunkar təbiəti ilə insanı heyran edir. İnanıram ki, burada olan dağıntılar tezliklə bərpa ediləcək”.
Hər şey dinc şəkildə davam edir
İspaniyalı jurnalist Beatriz Jimenez Nacher hərbi yük avtomobillərinin aksiya ərazisindən maneəsiz şəkildə keçdiyini deyib: “Ancaq biz Laçın dəhlizindəki bu vəziyyətin gündən-günə normallaşacağını və ya belə davam edəcəyini bilmirik. İnanıram ki, bu normal şərait təkcə bu gün yox, hər zaman belə olacaq”.
Buraya - Laçın-Xankəndi yoluna toplaşan gənclər qızıl yataqlarındakı ekoloji fəlakətlə bağlı etiraz aksiyası keçirirlər. Burada heç bir problem yoxdur, hər şey dinc şəkildədir”.
Xatırladaq ki, ötən il dekabrın 12-də azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dinc aksiyaya başlayıblar.
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58

