Cəzasız qalan cinayətlər
28.02.2023 [11:16]
Kislovodsk-Bakı qatarının partladılmasından 30 il keçir...
Şahanə XANKİŞİYEVA
26 fevral Xocalı faciəsinin anım günündə ermənilər ABŞ-dakı səfirliyimizin qarşısında təxribata cəhd ediblər. Bu barədə Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim sosial şəbəkələrin birində bildirib: “Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”. Bəli, ermənilərin bu cür iyrənc təxribatları nə birinci, nə də sonuncu dəfədir...
Ermənilərin təxribat cəhdləri, terror aktları əsrlərdir ki, davam edir. Onların 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan torpaqlarında həm ekoloji, həm mədəni abidələrimizə qarşı törətdikləri terror aktları, eləcə də irqi ayrıseçkilik kimi siyasi kurs götürüb, qeyri-erməni xalqlara və millətlərə qarşı apardıqları soyqırımı faktları yetərincədir.
Bu gün isə Kislovodsk-Bakı qatarında törətdikləri terror hadisəsindən 30 il ötür. Həmin gün 11 azərbaycanlı sərnişin qatarında baş verən hadisənin qurbanı oldu. 18 nəfər isə yaralandı. Qeyd edək ki, terror aktı Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında baş vermişdi.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası da bu terrorun əsas hədəfi olub. Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən yeganə dəmiryolu xətti Ermənistan SSR-in Megri rayonu ərazisinə düşən hissəsindən keçirdi. Bu da onlar üçün ucuz bir bəhanə idi. Xüsusilə sərnişin qatarları 1989-cu ilin iyul ayının 14-dən başlayaraq erməni təxribatçıları tərəfindən mütəmadi olaraq atəşə tutulub, partladılıb. 1989-cu ilin iyul ayından 1992-ci ilin noyabr ayınadək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəmiryolunda yüzdən çox təxribat hadisəsi baş verib.
Ermənilərin vaxtaşırı Azərbaycana və xalqımıza qarşı törətdikləri terror aktları saymaqla bitməz. Amma təəssüf ki, bu cinayətlərin çox hissəsi rəsmi olaraq açılsa da, cinayətkarlar öz layiqli cəzalarını almayıblar. Yuxarıda bəhs etdiyimiz cinayət işləri də bu kateqoriyaya aiddir.
Görünən odur ki, erməni terrorunun hədəfləri fərqlidir - dinc əhali, dövlət xadimləri, nəqliyyat vasitələri və sairə. Sadaladığımız hadisələr forma müxtəlifliyinə baxmayaraq mahiyyət etibarilə terrorizmə xas bütün dəhşətləri özündə əks etdirir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51

