Ocağımız gur yansın!
28.02.2023 [11:10]
Bu gün Od çərşənbəsidir...
Yeganə BAYRAMOVA
Bu gün Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir.
Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən olan və Azərbaycanda yayılan atəşpərəstlik dini ilə bağlayırlar. Çünki Avesta kitabında odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərib.
Oda və Od çərşənbəsinə inam
Od çərşənbəsində od rəmzi məna daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, təmizləyici bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Adətə görə, Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalayırlar. Səbəbi isə odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin, hamısı elə alovda yansın, yox olsun.
Mifoloji anlamlar hər zaman xalqın şüuraltında yaşayıb. Od çərşənbəsi əsəsən, ağırlıq-uğurluğun məhv olduğu çərşənbə kimi xarakterizə olunur. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Od çərşənbəsi həm də, qara qüvvələrin məhvi baxımından vacib ritual sayılıb. “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”, - deyilir, bu çərşənbədə...
Qədim zamanlarda Od çərşənbəsi
Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılardı, alovu ruhi təmizlənmə mərhələsinin sonu hesab edərdilər. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışar, odunlar yenicə alışmağa başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söyləyərmiş.
Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qohum-qonşular yasda olan ailənin həyətində tonqal qalayar, bununla da o ailəni yasdan çıxararmışlar.
Od çərşənbəsinin unudulmuş adətləri
Ayı oynatma - burada ayı simvolik anlamdadır, təbii ki, başqa heyvanlar da ola bilər. Bu, həm Od, həm də qarşıdakı digər iki çərşənbədə göstərilən tamaşadır. Unudulan tamaşalardan biri də dəvəoynatma oyunudur. Hər iki tamaşada həm ayı, həm də dəvə (bu heyvanların dərisini insanlar geyinirmiş) yandırılmış tonqalın ətrafına toplaşmış insanları əyləndirirlərmiş.
Açar falı: Çərşənbələrdə ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayrıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nəsə haqqındadırsa, həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.
Alma falı: Od çərşənbəsində iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutur və evdəkilərdən birinə almalardan hansınısa götürməsi deyilir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu niyyətin doğrulacağına işarə kimi anlaşılır. Burada istifadə olunan alma mifoloji aləmdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.
Ümumiyyətlə, Novruz bayramı insana və bəşəriyyətə faydalı olan ən gözəl ünsürləri özündə birləşdirərək, əcdadlarımızın dünyagörüşünü, düşüncə tərzini əks etdirir. Novruz və ondan əvvəl keçirilən çərşənbələr Azərbaycan xalqının həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.
Xatırladaq ki, martın 7-də Yel (Hava), martın 14-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəslinin Azərbaycana gəlişi isə martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30

