MÜNHENDƏ BAKI VAXTI: REALLIQLARI TƏQDİM, ŞƏRTLƏRİ DİKTƏ EDİRİK - TƏHLİL
21.02.2023 [16:50]
59-cu Münxen Təhlükəsizlik Konfransı da Azərbaycanın növbəti parlaq diplomatik qələbəsi ilə yadda qaldı. Konfrans çərçivəsində baş tutan görüşlərdə, panel iclaslarında Azərbaycan Prezidenti bir daha ölkəmizin haqlı mövqeyini qəti şəkildə ifadə etdi. Bölgədə sülhün təmin olunması üçün beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulması təcrübəsinə əsaslanan əsas şərtlər növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi, Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlanılması kimi məsələlər gündəmə gətirildi. Prezident İlham Əliyev diplomatik məharəti ilə Azərbaycanın yaratdığı reallıqlar çərçivəsində “Dağlıq Qarabağ” ifadəsinin etibarlı olmadığını bəyan etdi. Yəni Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, bu ifadə artıq qüvvədən düşüb, tarixin arxivinə gömülüb.
Azərbaycana məxsus faydalı yataqların qanunsuz istismarının dayandırılması məqsədilə Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasına “humanitar blokada” donu geyindirənlərin əsassız iddiaları da Prezidentin tutarlı cavabları ilə darmadağın edildi.
Azərbaycan Prezidentinin təqdim etdiyi faktlar qarşısında mat vəziyyətinə düşən Paşinyanın “bədən dili” isə baş nazirin isterik vəziyyətindən xəbər verirdi.
Münxen Təhlükəsizlik Konfransında səsləndirilən fikirlər bir neçə dialoq platformasının aktual olduğunu göstərdi. Konfrans çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda həm də tarixdə ilk dəfə olaraq Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri bir araya gəldilər. Ekspertlərə görə, üçtərəfli dialoq formatı bölgədə sülh və sabitliyin təmin olunması baxımından mühüm platforma hesab oluna bilər. Lakin buna Ermənistan tərəfinin tərəddüdlə yanaşması qeyri-müəyyənlik yaradır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar ABŞ formatı isə işlək vasitəçilik mexanizmləri sırasındadır. Təsadüfi deyil ki, Münhendə ABŞ-nin vasitəçiliyi ilə ilk dəfə Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tutdu. Görüşdə dövlət başçısının Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifinin Birləşmiş Ştatlar tərəfindən maraqla qarşılanması növbəti uğurlu diplomatik gedişin nəticəsi idi.
Bəli, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Bakının mövqeyi tamamilə aydın və məntiqlidir: normallaşma tezliklə baş versin, ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaq.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

