G7 Rusiyanın tərəfdaşlarına qarşı...
15.02.2023 [11:20]
Çin, İran və Şimali Koreyanı yeni sanksiyalar gözləyir
N.BAYRAMLI
“Böyük yeddilik”(G7) Rusiyaya hərbi avadanlıq və texnologiyalar göndərən Çin, İran və Şimali Koreya şirkətlərinə sanksiyaların tətbiqi məsələsini müzakirə edir. Xəbəri ABŞ-ın “Bloomberg” agentliyi yayıb. Agentlik adını çəkmədiyi mənbələrə istinadla bildirir ki, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyadan ibarət “Böyük yeddilik” sanksiyalar paketini fevralın 24-ü, Rusiyanın Ukraynada başlatdığı son total müharibənin ilk ilinin tamam olduğu gün açıqlamağı nəzərdə tutur. “Bloomberg” sanksiyaların hansı şirkətləri əhatə edəcəyinin hələ bəlli olmadığını diqqətə çatdırır. Qeyd olunur ki, G7 dövlətlərinin həmin şirkətlərə qarşı atacağı addımlar bir-birindən fərqlənə bilər. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndələri “Bloomberg”in məsələ ilə bağlı sorğusunu cavablandırmaqdan imtina ediblər.
Agentlik vurğulayır ki, G7 dövlətləri Rusiyaya qarşı sanksiyalara qoşulmamış ölkələrin Ukrayna müharibəsində Kremlə yardım etməsinin qarşısını almağa çalışır. Kremlin dadına çatmağa çalışanlar arasında əsas yeri isə Çin, İran və Şimali Koreya tutur. 2022-ci ilin fevralında Ukraynada müharibə başlanandan bəri Çinin Rusiya ilə ticarəti genişləndirməyə cəhd göstərdiyini yada salan “Bloomberg” yazır: “Həmin ilin martında Pekinin Moskvadakı səfiri rusiyalı sahibkarları vaxt itirməməyə, bazardakı boşluğu Çinlə ticarəti artırmaq hesabına doldurmağa çağırıb. Bu günlərdə isə Çinin Fransadakı səfiri fransız jurnalistin Çin şirkətlərinin Rusiyaya müharibədə yararlana biləcəyi ehtiyat hissələri satıb-satmadığı haqda sualına “Ehtiyat hissələri silah deyil axı, elə deyilmi?” cavabını verib və Çinin Rusiyaya silah satmadığını iddia edib”.
Eyni zamanda, “Bloomberg” Ukraynanın müttəfiqlərinin Rusiyanı pilotsuz təyyarələrlə təchiz edən İran şirkətlərini artıq sanksiyalar altına aldığını xatırladır və müttəfiqlərin hazırda bu tədbirləri genişləndirmək istədiyini vurğulayır: “Onlar Şimali Koreyanı da Moskvaya silah-sursat verməməyə çağırıblar”. Çin, İran və Şimali Koreya Rusiyaya müharibədə kömək etdiyini boynuna almır. Amma G7 ölkələrinin buna inanmadığını vurğulayan agentlik Qərbin Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi boşluqları aradan qaldırmaq məqsədilə diplomatik səyləri də gücləndirdiyini yazır.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Rusiyanın Ukrayna ərazisinə hücumu bir sıra ölkələrin bu ölkəyə sanksiya tətbiq etməsi ilə nəticələnib. Məqsəd rəsmi Moskvanı zəiflətmək, onu bu müharibəni dayandırmağa və işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etməkdir. İndiyə qədər ABŞ, Avropa İttifaqı tərəfindən dəfələrlə Rusiyaya qarşı sanksiyalar qəbul olunub. Bu sırada “Böyük yeddilik” (G7) ölkələri də ayrıca birlik şəraitində rəsmi Moskvaya sanksiyalar tətbiq edib. Onun sözlərinə görə, G7 qrupu Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. Qrupun əsas məqsədi qlobal siyasi və sosial problemlərin həlli yollarını tapmaqdır. 1976-cı ildə G7 formatında qurulan təşkilat 1997-ci ildə Rusiyanın ona qoşulması ilə G8 kimi tanınıb. 2014-cü ildə Krımın ilhaqı səbəbindən Rusiya-Qərb münasibətlərində yaranan böhranla əlaqədar yenidən G7 formatına qayıtmaq qərara alınıb.
Politoloq qeyd edib ki, G7-nin Rusiyanın tərəfdaşlarına da sanksiyalar tətbiq etməsi real görünür: “Söhbət Çin Xalq Respublikası, İran İslam Respublikası və Şimali Koreyadan gedir. Məlumdur ki, həmin üç ölkə ilə Qərbin, Avropa dövlətlərinin münasibətləri elə də yaxşı deyil. ABŞ və tərəfdaşları tərəfindən Ukrayna hadisələrindən əvvəl də bu ölkələrə sanksiyalar tətbiq edilib. Nəzərə alsaq ki, G7 ölkələrinin mütləq əksəriyyəti NATO-nun üzvüdür, o zaman həmin qrupun Rusiyanın tərəfdaşlarına növbəti sanksiyalar tətbiq etməsi gözləniləndir. Doğrudur, Çin, İran və Şimali Koreya Ukrayna müharibəsi fonunda Rusiyaya silah verdiklərini inkar edirlər, amma faktlar bunun əksini göstərir. Müəyyən beynəlxalq mərkəzlər tərəfindən həmin ölkələrin Rusiyaya silah tədarük etməsi ilə bağlı faktlar ortaya qoyulub. “Bir sözlə, Rusiyaya qarşı sanksiyaların miqyası kifayət qədər genişdir. Əlbəttə, sanksiyalar rəsmi Moskvaya ciddi təsir etsə də, onun Ukraynaya qarşı müharibəni dayandırmaq məcburiyyətinə qalmasına kifayət etmir. Ona görə də, növbəti mərhələ kimi Rusiyanın tərəfdaşlarına, ona silah verən ölkələrə də sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur. G7-də dünya iqtisadiyyatının ən aparıcı ölkələri birləşib. Bu baxımdan, onun tətbiq edəcəyi növbəti sanksiyalar Çin, İran və Şimali Koreyaya ciddi təsir edəcək”,-deyə həmsöhbətimiz vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20

