/ / Medianın İnkişafı Agentliyi İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı açıqlama yayıb
Medianın İnkişafı Agentliyi İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı açıqlama yayıb
19.01.2023 [13:19]
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı açıqlama yayıb.
Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər jurnalist fəaliyyətini məhdudlaşdırmır, əksinə bu vaxta kimi media etikasında əksini tapmış fundamental prinsiplərin qanun müstəvisində təsbit olunmasına xidmət edir.
Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə üç min beş yüz manatadək cərimə tətbiq edilməsi cərimənin maksimum həddidir və jurnalistə qarşı yönəlməyib. Bu hal baş verdikdə layihəyə əsasən, yalnız vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə, jurnalistin sorğusuna cavab verilməməsinə görə, habelə medianın informasiya qaynağının qorunması ilə bağlı dəyişikliklərdə əksini tapmış yanaşma media etikası ilə səsləşən, jurnalist peşəkarlığının artırılmasına təsir göstərən, eyni zamanda bu istiqamətdə dövlətin məsuliyyətini artırmağa yönəlmiş müddəadır.
Bununla yanaşı, göstərilən pozuntuya yol vermiş şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 163-cü maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Göründüyü kimi, heç də iddia olunduğu kimi jurnalist fəaliyyətinin əhəmiyyəti azaldılmır, əksinə, heç bir peşə fəaliyyəti üçün təmin olunmayan hüquqi mexanizm jurnalistlərinin maneəsiz fəaliyyəti üçün təmin edilir, bu istiqamətdə qanun pozuntusuna yol verən şəxslərə münasibətdə nəinki inzibati, həmçinin cinayət məsuliyyəti nəzərdə tutulur.
Yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

