Heydər Əliyevin xətti ilə...
19.01.2023 [10:34]
Dövlət gerbi müstəqilliyimizin müqəddəs rəmzidir
Günel ABBAS
1993-cü il yanvarın 19-da Azərbaycan parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya Qanunu qəbul edib. Dövlət gerbi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, dövlətçiliyin və azərbaycançılığın müqəddəs rəmzlərindən, atributlarından biridir. Ölkəmizin əsas atributlarından olan dövlət gerbi üzərindəki təsvirlər azərbaycanlıların Şərq xalqlarından biri olmasını, milli dövlət bayrağımızın simvollarını əbədiyaşarlıq rəmzi, günəşi, odlar yurdu Azərbaycanı, milli hərbi qüdrətimizi, bolluğu, sülhsevərliyimizi göstərir. Azərbaycanın bütün vətəndaşlarında, gənc nəsildə ona hörmət hissi aşılanmalıdır.
Ulu Öndər dövlət gerbini mühüm atributlardan biri hesab edirdi. O, hər zaman deyirdi ki, “Azərbaycan gerbini təbliğ etmək lazımdır. Azərbaycanın gerbi, bayrağı ilə bərabər, bizim dövlət müstəqilliyimizi təmsil edən atributdur”. Dövlət bayrağından fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər rəmzlər rəsmi şəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət tərəfindən müsabiqə elan edilmişdir. Ancaq proses müəyyən səbəblərdən ləngimişdi.
Milli Məclisin üzvü Vüqar İskəndərovun sözlərinə görə, 1991-ci ildə Azərbaycan Respublikasının yeni milli gerbinin yaradılması üçün müsabiqə elan olundu: “Lakin təqdim olunan gerb eskizləri Milli Məclis üzvlərini qane etmədiyi üçün vaxtilə mövcud olmuş gerb layihəsini bərpa etmək məqsədəuyğun hesab edildi. Qəbul olunmuş Azərbaycan Respublikasının gerbi Xalq Cümhuriyyəti dövrünün 1921-ci ildə yaradılmış gerbinin təkrarıdır. Onun kompozisiyası ilk orijinalda olduğu kimi saxlanılıb, yalnız bəzi detallar-alovun, palıd yarpaqları və sünbüllərin təsviri rəssam R.Məmmədov tərəfindən bir qədər təkmilləşdirilib. Dövlət gerbində verilmiş rəmzi elementlər milli və bəşəri dəyərlərə əsaslanır. Səkkizguşəli ulduz Azərbaycanın memarlıq, şəbəkə sənətində geniş istifadə olunan ornament növlərindəndir. Memar Əcəminin yaratdığı abidələrdə, Bakı Şirvanşahlar sarayındakı divanxananın plan quruluşu və ornamentlərində, Pirsaat çayı üzərindəki Xanəgahın mayolika naxışlarında ulduz təsvirləri var. Qalxan dünya heraldika sənətində ölkənin hərbi qüdrətini, xalqın qəhrəmanlıq əzmini ifadə edir. Palıd yarpaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu ifadə edən ənənənin simvollarındandır”.
Onun sözlərinə görə, Azərbaycanın Dövlət Gerbinin hazırlanması və təsdiqi məsələsinə bir də 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Heydər Əliyevin təşəbbüsü ilə baxılib: “O zaman üçrəngli milli bayrağımızın bərpası və qəbulu ilə yanaşı, dövlət gerbi və himnimizin də qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan Respublikasının keçmiş Ali Sovetinə müraciət olundu. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, “Azərbaycan Respublikasının Dövlət Gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında” xüsusi qərar da qəbul etdi. Qərara görə, Azərbaycan Respublikasının Dövlət Gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis edilmiş, müsabiqəyə yekun vurulması isə Respublika Ali Soveti Rəyasət Heyətinə həvalə edilmişdi. 1991-1992-ci illərdə müxtəlif mətbuat orqanlarında çoxlu yeni gerb layihələri çap olundu və 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələrin, eləcə də, 1919-20-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. Gərgin müzakirələrdən sonra Azərbaycan Respublikasının Milli Məclisi 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsini müəyyən düzəliş və təkmilləşdirmələrlə Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiq etdi. Beləliklə, bugünkü Dövlət gerbimizin rəngli və ağ-qara təsviri “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib”.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

