Türk dünyasının ortaq dəyəri
18.01.2023 [10:37]
Ankarada tanınmış rejissor Tofiq Kazımovun 100 illiyi qeyd olunub
Beynəlxalq Türk Mədəniyyət Təşkilatında (TÜRKSOY) tanınmış Azərbaycan teatr rejissoru Tofiq Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Yeni Azərbaycan”ın Ankara bürosunun məlumatına görə, Azərbaycanın Ankaradakı səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə tədbir iştirakçıları öncə Tofiq Kazımovun rejissorluğu ilə səhnələşdirilən tamaşaların fotosərgisi və rejissor haqqında qısa filmlə tanış olublar.
TÜRKSOY Baş katibi Sultan Rayev, Azərbaycanın Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsinin əməkdaşı Emre Başer, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru İsrafil İsrafilov, İzmir Dövlət Teatrının rejissoru Murat Çidamli, Çukurova universitetinin müəllimi, Azərbaycanın xalq artisti Cahangir Novruzov, teatrşünas Atabey Barış və Tofiq Kazımovun qızı Aytən Kazımova çıxış edərək Tofiq Kazımovun Azərbaycan teatrına və türk dünyasına verdiyi töh?ələrdən bəhs ediblər.
Türk dünyasının zəngin mədəniyyətini, incəsənətini əks etdirən TÜRKSOY-un bu il 30-cu ildönümünün olduğunu xatırladan Sultan Rayev bildirib ki, bu il həm də Azərbaycan teatrının 150-ci ildönümüdür.
Baş katib TÜRKSOY Daimi Şurasının qərarı ilə 2023-cü il Şuşa şəhərini Türk dünyasının mədəniyyət paytaxtı elan etdiyini vurğulayaraq bildirib ki, may ayından başlayaraq Qarabağda silsilə tədbirlər keçiriləcək. Azərbaycanın yetişdirdiyi önəmli şəxsiyyətlər Nizami, Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Əli Bəy Hüseynzadə, Əhməd Cavad, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Qara Qarayev, Niyazi, Mikayıl Abdullayev, Fikrət Əmirov və digərlərinin adını çəkərək bildirib ki, türk dünyasına əhəmiyyətli təsiri olan bu şəxslərin arasında rejissor Tofiq Kazımov da var.
Səfir Rəşad Məmmədov bildirib ki, Tofiq Kazımov yaradıcılığı ilə Azərbaycan tarixində önəmli yer tutan şəxsiyyətdir və təkcə Azərbaycan türklərinin deyil, bütün türk dünyasının ortaq dəyəridir.
Qeyd edək ki, Tofiq Kazımov Azərbaycan teatrında 30 il xidmət göstərib, dünya dramaturgiyasından bir çox fərqli dildə olan əsərlərə səhnə həyatı verərək Azərbaycan seyrçisinə təqdim edib. Mirzə Fətəli Axundzadə, Maksim Qorki, Nazim Hikmət, Viktor Hüqo, Anton Pavloviç Çexov, Şekspir, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev və bir çox başqa yazarların əsərlərini səhnəyə qoyub.
Rejissor bir neçə dəfə dövlət mükafatına layiq görülüb, çox sayda aktyor və rejissor yetişdirib. Tofiq Kazımov 57 yaşında, 2 avqust 1980-ci ildə dünyasını dəyişib və İkinci fəxri Xiyabanda dəfn edilib.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

