Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda 99 lokal sürüşmə zonası təsbit edilib

Azərbaycanda 99 lokal sürüşmə zonası təsbit edilib

17.01.2023 [11:43]

"Ölkə ərazisində 99 lokal sürüşmə zonası təsbit edilib və xəritələnib. Onlardan 42-si davamlı monitorinqə cəlb edilir".

Bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, il ərzində vətəndaşlardan sürüşmələrlə bağlı 300-dən artıq müraciət qəbul edilir:

"Paytaxt ərazisində sonuncu monitorinq dünən həyata keçirilib. Hazırda vəziyyət stabildir. Ölkə ərazisində sürüşmə hadisələrinin dinamikası azalıb. Son illərdə sürüşmə ərazilərində istinad divarları tikilməkdədir. Qaraçuxurda bu yolla demək olar ki, sürüşmələrin qarşısı alınıb. Badamdar ərazisində də istinad divarlarının inşası prosesi davam etdirilir".

Paylaş:
Baxılıb: 478 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31