/ / Bursa bələdiyyəsinin sədri: Türk dünyası mədəniyyət paytaxtının Bursadan Şuşaya ötürülməsindən qürur duyduq
Bursa bələdiyyəsinin sədri: Türk dünyası mədəniyyət paytaxtının Bursadan Şuşaya ötürülməsindən qürur duyduq
23.12.2022 [10:15]
“Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı elan edildiyi vaxtdan icra etdiyimiz çoxşaxəli zəngin proqramlarının və bu estafetimizin 2023-cü ildə Qarabağın gözü Şuşa şəhərinə ötürülməsindən qürur hissi keçirdik”.
Bu fikirləri “Yeni Azərbaycan”ın yerli bürosuna açıqlamasında Türkiyənin Bursa şəhər bələdiyyəsinin sədri Alinur Aktaş bildirib.
Bələdiyyə sədri deyib ki, “Bursa-2022” tədbirləri çərçivəsində bu şəhərə gələn turistlərin sayı daha da artıb. O, türk dünyasından gələn turistlərin Şuşaya da axın edəcəyinə ümid etdiyini deyib:
“Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtı elan edildiyi vaxtdan ənənəvi türk dünyası oyunları, Nizami Gəncəvi, Yunus Əmrə ilə bağlı proqramlar, fərqli-fərqli tədbirlər və fəaliyyətlər icra etdik. Təbii ki, bu tədbirlərdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının da çox dəstəyi oldu. Bu tədbirlər çərçivəsində qardaş Azərbaycandan çox önəmli qonaqlarımız gəldi. Ümid edirəm ki, Şuşa da türk dünyasının mədəniyyət paytaxtı olaraq rəngarəng proqramları, gözəl mənzərəsi, tarixi, ənənələrilə dünyanın dörd bir tərəfindən turistləri özünə cəlb edəcək. Biz də bu məsələdə öz təcrübəmizi bölüşməyə və bacardığımız dəstəyi göstərməyə hazırıq. Bursa Türkiyədə turistlərin ən çox gəldiyi şəhərlərdən biridir, mədəniyyət paytaxtı olduqdan sonra isə şəhərimizə daha da çox turist gəlməyə başladı. Əminəm ki, Şuşa da turizm, mədəniyyət, sənət və digər mövzularda turistlərin maraq mərkəzinə çevriləcək”.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

