Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
06.11.2022 [11:47]
Ceyhun Məmmədov
Milli Məclisin deputatı
1990-cı illərin əvvəllərində Azərbaycan ciddi təhlükə və təhdidlərlə üz-üzə qalmışdı. AXCP-Müsavat cütlüyünün səriştəsizliyi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, torpaqlarımızın Ermənistan tərəfindən ard-arda işğalı ölkəni sürətlə uçuruma aparırdı. Ölkə artıq vətəndaş müharibəsi və qardaş qırğını ərəfəsində idi. Bütün bu təhdidlərin və faciələrin qarşısını ulu öndər Heydər Əliyev öz həyatını təhlükəyə ataraq aldı.
Ölkənin belə bir ağır dövrdə olduğu zamanda ölkənin gələcəyini düşünən bir qrup ziyalı və ictimai xadim bir araya gələrək Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünü irəli sürdülər. Qısa müddətdə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Yeni Azərbaycan Partiyasının formalaşması istiqamətində ciddi addımlar atıldı. Həmin dövrdən başlayaraq Yeni Azərbaycan Partiyası sürətli inkişaf mərhələsinə daxil oldu, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadı. Beləliklə, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.
1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Əgər ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsə və təxribatların qarşısını qətiyyətlə almasalar, bəlkə də bu gün Azərbaycan yox idi. Çünki ermənilərin əsas məqsədi və hədəfi bütövlükdə Azərbaycanı işğal etmək idi. Onun hakimiyyətə gəlməsi və həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Ermənistanın bu məkrli və çirkli planının qarşısı alındı. Ulu Öndər uzaqgörən və müdrik addım ataraq Ermənistanla atəşkəs sazişinin imzalanmasına nail oldu. Bu, Azərbaycana gücünü toplamaq, ordu quruculuğunu uğurla aparmaq, inkişafa nail olmaq üçün yeni imkanlar yaratdı.
Beləliklə, həmin dövrdən başlayaraq Azərbaycan mərhələli şəkildə düşdüyü ağır durumdan çıxmağa başladı. İqtisadi inkişaf, ictimai-siyasi sabitlik təmin olundu, ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı. Azərbaycan ordusu tezliklə dünyanın güclü orduları sırasına daxil oldu.
Sonrakı dövrdə bu qəhrəman ordu sayəsində Azərbaycan 44 günlük müharibədə torpaqlarımızı Ermənistanın işğalından azad edərək şanlı qələbəsini təmin etdi. Son 250 illik tarixində ilk dəfə Azərbaycan torpaq itirmədi, işğalda qalmış ərazilərini 44 günlük müharibədə qəhrəmancasına azad etdi. Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi.
Sonrakı dövrdə Prezident İlham Əliyev bu siyasəti böyük uzaqgörənliklə və müdrikliklə davam etdirdi. Ulu Öndər Heydər Əliyevin başlatdığı işləri uğurla sona çatdırdı. Ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın azad olunması idi. 2020-ci ildə onun bu arzusu da Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, xalqımızın birliyi, həmrəyliyi, qəhrəman vətən övladlarının rəşadəti nəticəsində həyata keçdi.
Bu gün Yeni Azərbaycan Partiyası öz fəaliyyətində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsip və ideyalara sadiqlik nümayiş etdirərək Azərbaycanın ictimai və siyasi həyatında fəal rol oynayır. Vətən müharibəsində qələbədə Yeni Azərbaycan Partiyasının xüsusi payı var. Partiya mənsubları bütün platformalarda Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliyinin ifşası istiqamətində böyük fəallıq nümayiş etdirir, informasiya müharibəsinin ön cərgəsində liderliklərini qoruyurlar. Bu gün Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti, qurduğu əməkdaşlıqlarla Qafqazın ən böyük, ən mütəşəkkil partiyasına çevrilib. Qarşıda isə çox ciddi hədəf və məqsədlər bizi gözləyir.
Beləliklə, tam əminliklə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası Azərbaycanı qələbələrə aparan, müstəqilliyimizin və qələbəmizin möhkəmlənməsində ciddi payı olan partiyadır. Vətən müharibəsində mütləq qələbə, Azərbaycanın keçdiyi uğurlu inkişaf bu fikri bir daha təsdiq etdi.
Heç şübhəsiz ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın tarixində, ictimai-siyasi həyatında öz nüfuzunu və mövqeyini qoruyaraq ölkəmizin inkişafına öz ciddi töhfəsini verəcək. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

