Dəqiqlik, peşəkarlıq, dürüstlük...
20.10.2022 [11:18]
Dünyanı daha yaxşı anlamağa kömək edən Statistika
Bu gün Beynəlxalq Statistika Gününün qeyd olunduğu tarixdir
SƏİDƏ
Statistika məlumatların toplanması, ehtimalların hesablanması və bunların təhlili ilə bizə müəyyən nəticələr təqdim edir. Bu da bir çox sahələr üzrə qərar verə bilməyimizi asanlaşdırır. Statistik məlumatlar bizə dünyanı daha yaxşı anlamağa kömək edir.
Biz informasiya dünyasında yaşayırıq və bu məlumatların çoxu statistik üsullarla müəyyən edilir:
* Zəlzələ, hava və vulkanik proqnozlar bir sıra statistik üsullarla hesablanır. Statistik məlumatlar fövqəladə hallara daha yaxşı hazırlaşmağımıza kömək edir;
* Tədqiqatçılar hər hansı bir mövzunu araşdıran zaman daha dəqiq məlumatlar əldə edə bilmək üçün statistikaya müraciət edirlər;
* Treyderlər və iş adamları məhz statistika hesabına maliyyə bazarında sərmayə qoyaraq pul qazanırlar;
* Bütün tibbi tədqiqatlarının arxasında statistika dayanır. Məsələn, hər hansı bir dərman satışa çıxarılmazdan əvvəl alimlər onun statistik cəhətdən etibarlılığını, effektivliyini yoxlayırlar;
* Keyfiyyətin yoxlanılmasında da statistik məlumatlardan istifadə olunur. Şirkətlər istehsal etdikləri hər bir məhsulu sınaqdan keçirə bilmirlər və buna görə də ən keyfiyyətli məhsullarını müəyyənləşdirmək üçün statistikadan istifadə edirlər;
* Seçkilər zamanı səsvermənin təhlili məhz statistika vasitəsilə aparılır və s.
Gördüyümüz kimi, statistikanın tətbiqi həyatımızın bir çox hissəsində özünü göstərir. Dünya ölkələrinin idarə olunmasında da statistikanın əhəmiyyəti böyükdür. Statistik məlumatlar hökumət və digər qurumlar tərəfindən gələcək illər üçün planların hazırlanmasında istifadə olunur. Etibarlı və vaxtında hazırlanmış statistik məlumatlar ölkənin tərəqqisinin göstəricisidir. Buna görə də 2010-cu ilin fevralında Birləşmiş Millətlər Təşkilatının Statistika Komissiyası 20 oktyabr 2010-cu il tarixinin Beynəlxalq Statistika Günü kimi qeyd olunmasını təklif etdi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası statistikanın həm gündəlik həyatımızda, həm də idarəetmədə vacibliyini nəzərə alaraq, 2010-cu il 3 iyun tarixində qəbul etdiyi 67/267 nömrəli qətnaməsinə əsasən hər beş ildən bir 20 oktyabrın Beynəlxalq Statistika Günü olaraq qeyd olunmasını elan etdi. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi dünyanın bütün dövlət başçılarına müraciət edərək xahiş etdi ki, Beynəlxalq Statistika Gününün qeyd olunmasına xüsusi diqqət yetirsinlər.
Beynəlxalq Statistika Günü statistikanın həyatımızda əhəmiyyətini vurğulamaq üçün qeyd olunur. Səhiyyə, hüquq, maliyyə, elm, təhsil və digər bütün sahələrdə statistika bizi faktlardan xəbərdar edir və rəqəmlərin dili ilə vacib məlumatları ortaya qoyur. Bu rəqəmlər bizə sərt və real faktlar verir, qərar qəbuluna təsir edən digər subyektiv amillərin çoxunu aradan qaldırır.
Azərbaycanda fəaliyyət göstərən Dövlət Statistika Komitəsi 50-dən çox beynəlxalq təşkilat və ölkənin statistik orqanları ilə əməkdaşlıq edir, məlumat mübadiləsi aparır. Bu sahədə əldə olunan nailiyyətlər ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsində mümkün olub. Ulu öndər Heydər Əliyev statistikaya yüksək qiymət verərək deyib: “Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır”.
Beynəlxalq Statistika günü hər 5 ildən bir 20 oktyabr tarixində dəqiq xidmət, peşəkarlıq və dürüstlük kimi əsas dəyərlərə əsaslanan statistikanın nailiyyətləri haqqında insanları məlumatlandırmaq məqsədilə 100-dən çox ölkədə, habelə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qeyd olunur. Növbəti dəfə 2025-ci ildə qeyd olunması planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
22 May 14:26
Gündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56

