Azərbaycanın daha bir humanist addımı
06.10.2022 [10:30]
17 erməni hərbçi qaytarıldı...
Nicat PAŞA
Humanizm, ümumbəşəri dəyərlərin qorunması Azərbaycanın dövlət siyasətinin əsas xəttini təşkil edir. İstər Birinci Qarabağ müharibəsi dövründə, istərsə də 44 günlük Vətən müharibəsində Ermənistan tərəfinin törətdiyi qeyri-insani əməllərə baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirib. Dövlətimizin bu siyasəti istər yerli, istərsə də beynəlxalq təşkilatlar, siyasi ekspertlər tərəfindən yüksək qiymətləndirilməkdədir. Azərbaycan siyasi kursunun əsas faktorlarından olan humanizm prinsiplərinə riayət olunmasını son hadisələr bir daha təsdiq edir. Belə ki, Azərbaycan 17 erməni hərbçini qarşı tərəfə təhvil verib.
ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da öz rəsmi tvitter hesabında Azərbaycanın humanist addımı barədə yazıb: “Azərbaycanın 17 erməni hərbi qulluqçunu təhvil verməsini alqışlayırıq”.
“ABŞ dayanıqlı sülh sazişinin əldə olunmasına dair səyləri dəstəkləməyə davam edir”, - deyə Sallivan qeyd edib.
“Azərbaycan dövləti daim humanizm prinsiplərini özünün əsas siyasi xəttindən biri olaraq müəyyən edib. Bu günə qədər dövlətimiz həm Rusiyanın, həm Qərbin vasitəçiliyi altında dəfələrlə Azərbaycan ərazilərində saxlanılmış erməni hərbçiləri və əsirləri geri qaytarıb”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında siyasi şərhçi Tural İsmayılov səsləndirib.
“Hesab edirəm ki, bununla bağlı həm Brüsseldəki, həm rəsmi Moskva mərkəzli danışıqlarda müəyyən qərarlar verilib və Azərbaycan bütün bu qərarlara sadiqliyini dəfələrlə nümayiş etdirib. Bütün bunlara rəğmən, Birinci Qarabağ müharibəsində iktin və əsir düşmüş 4 min Azərbaycan vətəndaşının taleyinə hələ də aydınlıq gətirilməməsinin fonunda hesab edirəm ki, Azərbaycanın humanist siyasətinə qarşı Ermənistanın bu gün həyata keçirdiyi qeyri-insani siyasət bir daha ortaya çıxmış olur”, - deyən ekspert fikirlərinə belə davam edib: “ABŞ-ın Azərbaycanın bu addımını alqışlaması təqdiredilən olsa da, son dövrlər Ermənistan tərəfindən həyata keçirilən çoxvektorlu provokasiyalar və təxribatlarla bağlı ortaya mövqe qoymaması da təəssüfedici bir məqamdır. Fikrimcə, 17 erməni hərbi əsirin qaytarılması kontekstində daha əvvəl Aİ Şurası tərəfindən də dəfələrlə Ermənistanın qarşısında qaldırılmış bir sıra məsələlərin həllində ABŞ tərəfindən Ermənistana daha ciddi təzyiqlər edilməlidir. Birinci Qarabağ müharibəsindəki vətəndaşlarımızın taleyinə aydınlıq gəlməlidir”.
“Eyni zamanda, humanitar məsələlər, mina ilə bağlı problemlər Ermənistan qarşısında qaldırılmalıdır. Çünki müharibə bitdikdən bu günə qədər 250-dən çox mülki vətəndaşımız məhz Ermənistanın mina terrorunun qurbanı olub. Yəni Azərbaycanın atdığı humanist addımlara və eyni zamanda, bəşəri dəyərlərə söykənən siyasi kursa və xəttə rəğmən Ermənistan tərəfindən yenə də qeyri-insani və faşist siyasi xətt davam etdirilir. Bununla bağlı ABŞ da başda olmaqla, Qərb dövlətləri Ermənistana daha rasional və ciddi pressinqlər tətbiq etməlidir”, - T.İsmayılov fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

