Dünya elmində inqilab edən dahi azərbaycanlı
06.09.2022 [10:49]
Lütfi Zadənin anım günüdür
Aysu ABBASOVA
“Azərbaycan mənim doğma Vətənimdir. Mən həmişə Azərbaycanın uğurlu gələcəyi barədə düşünürəm və bu istiqamətdə atılan hər bir addım məni sevindirəcək” - bu cümlələrin sahibi dünya elmində inqilab edən dahi azərbaycanlı Lütfi Zadədir. Bəşəriyyətin gələcək inkişafının informasiya kommunikasiya texnologiyaları sahəsi ilə bağlılığına əmin olan Lütfi Zadə Azərbaycanda elm və texnologiyaların inkişafı, gənc mühəndislərin və tədqiqatçıların formalaşması üçün müasir tədqiqat mərkəzlərinin yaradılmasını arzu edirdi. O, öz müsahibələrində ölkəmizdə elm və texnologiyaların inkişafı üçün böyük potensialın olduğunu bildirir, elmlə məşğul olan insanlara qayğı göstərilməli olduğunu deyirdi.
Lütfi Əliəskər Zadə kompüter elmində qeyri-səlis məntiq nəzəriyyəsinin əsasını qoyan ABŞ vətəndaşı riyaziyyatçı və alimdir. 1921-ci il fevralın 4-də Bakıda, Sovet Azərbaycanında anadan olub. Lütfi Zadə Azərbaycan gəncləri üçün ən gözəl rol modellərin önündədir. Çünki bir millətin inkişafı elmlə, biliklə olur, xurafatla deyil.
Lütfi Zadə elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb. Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlıdır və Ərdəbildə doğulub, anası Fanya Korenman etnik rus-yəhudidir, Odessada doğulub və İran vətəndaşı olub. Lütfi Zadə üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb. 1942-ci ildə Tehran Universitetindən məzun olub və bir il sonra ABŞ-a gedib. 1944-cü ildə MİT-ə daxil olub və adını Lütfi Əsgər Zadə kimi dəyişib. 1946-cı ildə isə o, Columbia Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. Bu vaxt onun ailəsi artıq New York şəhərinə yerləşmişdi.
O, 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alır və bir il sonra professor yardımçısı kimi çalışır. Zadə Columbia Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək California-dakı Berkeley Universitetində dərs deyib. Onu məşhurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsini isə 1973-cü ildə irəli sürüb. Akademik dairələrdə professor Lütfi Zadənin işi mübahisəli sayılır və hətta rişxəndə də tuş gəlirdi.
Bu, qismən onun işinin başqa riyazi sahələri sorğu-suala çəkməsi və yeni nəzəriyyənin terminologiyası ilə bağlı idi. Google Scholar saytına əsasən Zadənin 1965-ci ildə nəşr etdiyi “qeyri-səlis çoxluq” nəzəriyyəsi 90 mindən artıq elmi əsərdə iqtibas olunub və bu riyazi konsepsiyası elektron cihazlardan tutmuş, hava proqnozunadək müxtəlif sahələrdə istifadə olunub. New Mexico Universitetindən professor Timothy Ross deyir ki, nəzəriyyə hüdudları qeyri-müəyyən və dəqiq olmayan informasiya kütləsini araşdırırdı. “Bu, nəzəriyyə və reallıq arasında bir körpü idi”, son illər ərzində Lütfi Zadə ilə yan-yana işləyən Almaniyanın Jena Universitetinin professoru Rudolf Seising deyib.
Azərbaycanda doğulub, xaricdə yaşayan Lütfi Zadə vətənini tərk etdikdən sonra Azərbaycana cəmi iki dəfə səfər etmişdi. İlk olaraq Lütfi Zadə Bakıya 1965-ci ildə birgünlük səfər etmiş, ikinci dəfə isə 2008-ci ilin noyabrında “BakuTel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Üçüncü dəfə 2017-ci ildə o, əbədi olaraq vətəninə dönür. Alim 6 sentyabr 2017-ci ildə dünyasını dəyişir və 29 sentyabrda Birinci Fəxri Xiyabanda dəfn edilir. Ölümündən bir ay əvvəl Lütfi Zadə müsəlman adətlərinə görə vətənində dəfn olunmasını xahiş edən bir məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdi. Onun bu istəyi yerinə yetirilmişdi.
Lütfi Zadə elə böyük bir şəxsiyyətdir ki, Azərbaycanda torpağa qoyulanda da Vətəninə baş ucalığı gətirib. Elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadə həmişə azərbaycanlı olması ilə qürur duyub, onun ürəyi daim doğma Vətəni ilə döyünüb. O yazırdı: “...Vətənimin oğlu kimi qəbul edilməyim həyatımın məğzi və şərəfimdir. Bakı və xalqım qəlbimin qaynar guşəsində özünə əbədi yer tutub”. Nə qədər iddialı səslənsə də, Azərbaycan Lütfi Zadə kimi bir övladının olması ilə fəxr edir. Lütfi Zadə də öz növbəsində Vətənini, xalqını çox sevirdi. “Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam” deməklə bir daha millətinə nə qədər bağlı olduğunu nümayiş etdirib.
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59

