Sevinci kədərləndirən zəng...
08.08.2022 [17:57]
Osmanqızı israr, erməni KİV-ləri isə inkar edir
Bir müddət öncə “kaş ki...” deyib də Paşinyana olan sevgisini izhar etmiş S.Osmanqızı yeni “təkzibləri” və cəfakeşliyi ilə fərqlənib. Avqustun 5-də onun sosial şəbəkə kanalından Gültəkin Hacıbəyli ilə qısa mübahisəsində bir məqama nəzər salaq.
Son günlər Qarabağda erməni silahlılarına qarşı həyata keçirilən "Qisas" əməliyyatı ilə bağlı danışan G.Hacıbəyli bildirir ki, baş verənlərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın dövlət katibi Entoni Blinkenə zəng edərək "giley-güzarını" dilə gətirib. İlk baxışdan burada qeyri-adi bir hal yoxdur. Ermənistanın baş naziri müharibə dövründə də dünyanın aparıcı dövlətlərinin başçılarının telefonunu bir dəqiqə sakit buraxmırdı və hər kəsə zəng edərək gileylənir, yardım istəyirdi. Bu dəfə də onun ABŞ-a zəng etməsi gözlənilən idi. Amma bu yerdə S.Osmanqızının müdaxilə edərək düzəliş verməsi diqqəti cəlb edir. O iddia edir ki, Paşinyan Blinkenə zəng etməyib, tam əksinə, Blinken Paşinyana zəng edib. Osmanqızının ciddi-cəhdlə Paşinyanı vacib fiqur kimi sırımaq arzusu, təkidlə bu fikri öz müsahibinə pərçimləməyə çalışması insanda bu kimi fikir formalaşdırır: ya, Paşinyan Sevinci özünün vəkili etmək üçün kifayət qədər maliyyə xərcləyir, ya da erməni baş nazir Sevincin aləmində “lider”dir. Mahiyyət etibarı ilə hər iki güman eyni nəticəyə xidmət göstərir.
Osmanqızının bu təkidinin səbəbi də başadüşüləndir. Paşinyana ABŞ-dan edilən hər bir zəng onun olmayan imici üçün mühüm bir ştrix sayılır. Digər tərəfdən, son 8 ayda ABŞ-dan ən yüksək səviyyədə Azərbaycana edilən davamlı zənglər də Osmanqızını az qıcıqlandırmır. Amma bu daş, bu da tərəzi. Erməni saytlarının özləri bildirir ki, Blinken yox, Paşinyan ona zəng edib (https://news.am/rus/news/715088.html); (https://ru.armeniasputnik.am/20220805/pashinyan-i-blinken-obsudili-situatsiyu-v-nagornom-karabakhe-46298016.html) .
Sevinc Osmanqızının hansı mənbədən istifadə etməyi, Paşinyanın Blinkenə, yaxud Blinkenin Paşinyana zəng etməsi elə də mühüm və çözülməsi mümkün olmayan məsələ deyil. Maraqlısı odur ki, Sevincin bu canfəşanlığının arxasında nə dayanır?
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

