Azərbaycan 2-ci səviyyəyə yüksəlib
21.07.2022 [15:00]
Mahirə Əmirhüseynova: “İnsan alveri cinayətinə qarşı mübarizədə effektli nəticələr əldə olunur”
Günel Abbas
ABŞ Dövlət Departamenti ölkəmizlə bağlı müsbət tendensiyaları özündə birləşdirən hesabat yayıb. Beləki ABŞ Dövlət Departamenti Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib. Bununla bağlı qeyd olunub ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərir. Belə ki, hesabatda bildirildiyinə görə, hökumət “COVID-19” pandemiyasının insan alverinə qarşı mübarizə potensialına təsirini nəzərə alaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə daha çox səy nümayiş etdirir. Ona görə də Azərbaycan 2-ci səviyyəyə yüksəlib.
Məsələ ilə bağlı fikirlərini bölüşən “İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyası”nın sədri, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova mətbuata açıqlamasında beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi nəticələri müsbət qiymətləndirmələrinin səbəbləri sırasında “İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyası”dakı aparıcı qeyri-hökumət təşkilatlarının yetərli və məqsədyönlü iş aparmaları ilə əlaqələndirib: “Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar xalqın maddi rifahının yaxşılaşdırılmasına, vətəndaşların iqtisadi və sosial hüquqlarının müdafiəsinə geniş imkanlar yaradır. Əldə olunan uğurların fonunda insan hüquq və azdlıqların qorunması başlıca məqsədlərdəndir. Bu baxımdan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulub. Həmçinin ölkəmiz insan azadlıqları ilə bağlı yeni qanunlar qəbul edib, dövlət proqramlarını təsdiq edib. Təbii ki, transmilli cinayət şəbəkəsinin növləri sırasında olan insan alveri cinayətinin ölkəmizdə də baş verməsi narahatlıq yaradan problemlərdəndir.Vətəndaş cəmiyyəti institutları mütəmadi olaraq insan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğati işlər təşkil edirlər. Bu istiqamətdə Daxili İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin “İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyası”dakı QHT-lərə hər cür dəstəyi göstərməsi insan alveri cinayətinə qarşı mübarizə tədbirlərində effektli nəticələrin əldə olunmasına imkanlar yaradıb”.
Mahirə Əmirhüseynova onu da qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi, İnsan alveri faktları ilə qarşılaşdıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nəzdində 152 qaynar xətt telefonunun fəaliyyət göstərməsi, qurbanların reabilitasiyası üçün sığınacaqların yaradılması və digər mühüm tədibirlərin həyata keçirilməsi dövlərin vətəndaş cəmiyyəti instutuları ilə birlikdə insan alveri cinatətlərinə qarşı mübarizədə qərarlı olduğunu göstərir: “Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində mükəmməl qanunvericilik bazası formalaşıb və QHT-lərin iştirakı ilə cəmiyyətin bütün təbəqələri arasında maarifləndirmə sistemi həyata keçirilir. Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində BMT və Avropa Şurasının konvensiyaları və protokolları ratifikasiya edilib. Eyni zamanda qəbul edilən normativ hüquqi akta əsasən insan alveri qurbanlarının sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası təmin olunub. Bu istiqamətdə işlər davam etdirlməkdədir”.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

