800 min nəfərin qətlə yetirildiyiZəngibasar faciəsindən 102 il keçir
21.07.2022 [09:55]
Nicat
Azərbaycan tarixin müxtəlif dövrlərində zaman-zaman ermənilərin həyata keçirdiyi təcavüzlərlə üz-üzə qalıb. Bu qandonduran hadisələrdən biri də Zəngibasar mahalına hay kilsəsi və hay-daşnak quldurlarının təcavüzüdür. Öncə kiçik bir xatırlatma etmək yerinə düşər. Zəngibasar mahalı İrəvan quberniyasına daxil olan ən böyük mahallardan biri idi. Mahal öz adını bu yerləri kəsib keçən Zəngi çayının adından götürüb. Zəngi çayı İrəvan şəhərinin Qərbindən keçib, Ağrı vadisindən (dəyişdirilmiş adı Ararat düzənliyi) axaraq Zəngibasar mahalı ərazisində Araz çayına tökülür. Ağrı vadisi boyu Zəngi çayının hər iki tərəfində azərbaycanlı kəndləri mövcud olub. 1930-cu illərin repressiyaları zamanı Zəngibasar mahalının Arazqırağı kəndlərinin əhalisinin böyük bir hissəsi baş götürüb Türkiyəyə köçüb.
Zəngibasarın (Masis) ərazisi Ermənistanda ən geniş sahəni əhatə edən, 1938-ci ildə yaranan inzibati rayon idi.
Zəngibasar rayonu ərazisində 37 kəndin ancaq dördündə (Azadaşen, Kələley, Yenicə və Cəlilabad) ermənilər yaşayırdılar. Zəngibasar rayonunun mərkəzi Uluxanlıda (Masis) erməni əhalisi yalnız 1950-ci ildən başlayaraq məskunlaşmışdı. Buna səbəb ermənilərin 1948-1949-cu illərdə köçürülmüş Uluxanlı azərbaycanlılarının ev-eşiyini ələ keçirməsi olmuşdu.
Zəngi çayının sağ sahilində yerləşən Göykümbət kəndində azərbaycanlılarla yanaşı, ermənilər də yaşayırdılar. Burada da ermənilər 1918-ci ildən sonra kənddən qovulmuş azərbaycanlıların bir qisminin evini zəbt etmişdilər.
Həmin qırğınlardan biri də 1920-ci il iyul ayının 21-də baş verib. Bakı Dövlət Universitetinin ( BDU ) müəllimi Qismət Yunusoğlu ilə tarixin qanlı səhifələrindən birinə çevrilən Zəngibasar faciəsi ilə bağlı həmsöhbət olduq. Araşdırmaçı-alim bir sıra maraqlı faktların üstünü açaraq bildirdi ki, Zəngibasar faciəsi Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biridir: “Qafqaz Statistika Komitəsinin 1879-cu ildəki məlumatında göstərilir ki, Zəngibasar mahalında bütövlükdə türk-müsəlman əhalisi yaşayıb. Orada ən böyük yaşayış məntəqəsi Uluxanlı olub. Həmin mahalın 32 kəndi olub. O kəndlərin də çoxusu 1920-ci il qırğınından sonra boşaldılıb. Əhalinin bir qismi qətlə yetirilib, yarısı da başqa yerlərə köçüb gediblər. Bu kəndlərdən biri də Çobankərə kəndi olub, Budaq müəllimin kəndi”.
Q.Yunusoğlu Zəngibasarın coğrafiyası haqqında da söz açıb: “Həmin ərazi Araz çayının hövzəsindədir, nisbətən düzən ərazidir. Ona görə də ermənilərin ən çox Qars, İğdır, Ərzurum mahalına hücümları bu istiqamətdən olub. Ona görə də ən çox qırğınlara məruz qalan həmin ərazilər olub”.
1920-ci ilə qədər olan dövrdə olan hadisələr türk-müsəlman əhalisinin qırılması ilə nəticələnib: “Məsələn, Uluxanlı kəndində 2568 nəfər yaşayıb, onların hamısı azərbaycanlılar olub. Əhalinin 50% qədəri qırılıb, bu əraziləri tərk edib. Hətta orada olan Yuxarı və Aşağı Necili kəndlərində camaatın bir hissəsi həm Türkiyə, həm də Naxçıvan ərazisinə keçib. Bir nəfər mənə danışmışdı ki, orada bir qadın öz uşağını təndirdə gizlətmişdi. Ermənilər təndirdəki o uşağı süngü ilə öldürüblər.
Bundan başqa, orada Ağhəmzəli və Qarahəmzəli kəndləri olub. Adlarını dəyişdirərək Marmaraşen qoyublar. Sabunçu, Mehmandar kəndləri olub. İyul hadisələrinin qırğınları bu kəndlərdə olub. Oradan qayıdanlar Azərbaycanın Aran bölgəsinə, əsasən pambıqçılıq rayonlarına köçürülüblər. Uluxanlıların çoxusu indi Salyan rayonunun Qaraçala kəndindədirlər. Orada yeni Uluxanlı kəndi salınıb”.
“Digər bir olmuş hadisəni danışım. Tərəkəmə həyatı yaşayan soydaşlarımızdan biri bir gün atını sığallayaraq deyib ki, səni Allah qoysa, yayda Ağrıdağda belə sığallayacağam, səni istidən qoruyacağam. Həmin dəqiqə o insanı məhv etdilər, öldürdülər”.
BDU-nun müəllimi mənfur düşmənlərin bizə qarşı törətdiyi zülmləri bir daha yada salıb: “Düşmənlər bizə olmazın zülmünü veriblər. İstər bizim bir neçə nəsil əvvəlki dədə-babalarımız olsun, istər daha sonralar... Bunların əsas məqsədi türk-müsəlman əhalisini qırmaq, izlərini silmək olub. Qərbi Azərbaycanda bir dənə tarixi abidəmizi salamat görmək mümkün deyil, hamısı məhv olub. Adları dəyişdirilib.
Erməni terror qruplaşmalarının qarşısında duran əsas “vəzifələr” hansılardır? Əhalini qırmalısan, sonra adı dəyişməlisən. Üçüncüsü isə budur ki, orada hər hansısa bir tarixi abidə varsa, oranı ya məhv etməlisən, ya da erməni adı altında saxlamalısan. Yəni əsas məqsədlər bunlardır”.
“Qərbi Azərbaycanda 1920-ci ilə qədər 1.8 - 2 milyon nəfərə qədər türk-müsəlman əhalisi olub. Onların 800 min nəfəri qılıncdan keçirilib. Bəzən deyirlər ki, 100 min nəfər olub, amma elə deyil. Həmin dövrdə orada 200 min nəfərə yaxın erməni yaşayırdı. Elə ki, türk-müsəlman əhalisi soyqırımına məruz qaldı xaricdəki ermənilər həmin evlərə köçməyə başladılar. 60-cı ilə qədər ermənilər köçürülüb. Hazır evlərə”.
Xəbər lenti
Hamısına baxSiyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52

