TAP ilə Avropaya 11,6 milyard kubmetr qaz nəql edilib
05.05.2022 [15:16]
İndiyədək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya 11,6 milyard kubmetr qaz nəql edilib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda Nazirlərin Dəyirmi Masasında çıxışı zamanı bildirib.
Açılış mərasimində çıxış edən nazir Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson arasında bu ilin fevralında keçirilən görüşdən sonra İttifaqla enerji dialoquna diqqət çəkib.
O bildirib ki, enerji dialoqumuzun əsas istiqamətlərini enerji sektorunun karbonsuzlaşdırılması, enerji keçidi, enerji səmərəliliyi, Avropaya əlavə həcmdə qaz, o cümlədən hidrogen ixracı üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi, digər “yaşıl enerji" növlərinin istehsalı və ixracı təşkil edir.
Nazir çıxışında dayanıqlı, əlverişli və təhlükəsiz enerji təchizatının təmin edilməsinin vacibliyinə diqqət çəkərək, bu problemin həllinin diversifikasiya, enerji təhlükəsizliyi və yaşıl keçid üçlüyü arasında seçim edilməsində deyil, onların balanslaşdırılmış vəhdətində olduğunu bildirib. Keçid prosesində karbohidrogen mənşəli ən təmiz enerji mənbəyi kimi təbii qaz və bərpa olunan enerji mənbələrinin əks qütblər kimi deyil, enerji təchizatının daha da şaxələndirilməsini təmin edən bərabər mövqeyə malik enerji resursları kimi çıxış edəcəyi qeyd edilib.
Bildirilib ki, Cənub Qaz Dəhlizi enerji böhranı zamanı Avropa istehlakçılarını fasiləsiz və sərfəli təbii qazla təmin etməklə qısa müddət ərzində öz strateji əhəmiyyətini sübuta yetirib və Azərbaycan həm region, həm də Avropa ölkələri üçün etibarlı enerji təchizatçısı kimi rolunu davam etdirmək əzmindədir: “Cari ilin ilk dörd ayında Avropaya tədarük edilən 3,5 milyard kubmetr Azərbaycan qazının 3,1 milyard kubmetri İtaliyanın, 0,3 milyard kubmetri Yunanıstanın, 0,1 milyard kubmetri isə Bolqarıstanın payına düşüb. Hazırkı ixrac tempi ilə Avropaya qaz tədarükümüzün ilin sonuna kimi 10 milyard kubmetrdən çox olacağı gözlənilir”.
Həmçinin Azərbaycanın dekarbonizasiya və “yaşıl enerji”yə keçidlə bağlı planları və həyata keçirilən layihələr barədə də geniş məlumat verilib. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımızın da Avropa İttifaqı ilə mövcud mütərəqqi enerji dialoqunun daha da inkişaf etdirilməsi üçün böyük imkanlar yaratdığı, hazırda Xəzərin külək potensialının təxminən 7 qeqavatından istifadə edilməklə “yaşıl enerji” istehsalı və bir hissəsinin Gürcüstan və Rumıniya vasitəsilə Qara dənizdə sualtı elektrik kabeli ilə Avropaya ixrac edilməsinə dair yeni layihənin nəzərdən keçirildiyi diqqətə çatdırılıb.
Tədbir qaz təchizatının təhlükəsizliyi, regional elektrik bazarı, yaşıl enerjiyə keçid və gələcəyə baxış mövzularında 4 panel sessiya ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

