Rasim Əliquliyev: AMEA-nın kadr potensialının gəncləşdirilməsi lazımdır
27.04.2022 [12:12]
AMEA-nın kadr potensialının gəncləşdirilməsi istiqamətində işlər aparılmalıdır.
APA xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev AMEA-nın Ümumi yığıncağında deyib.
O bildirib ki, bu gün AMEA-nın elmlər doktorlarının sadəcə 26 nəfərinin yaşı 60-dan aşağıdır: “Ümumilikdə AMEA-nın 1 828 əməkdaşı var. Onlardan 948-i elmi işçi, 353-ü fəlsəfə doktoru, 165-i elmlər doktorudur. Əmək haqlarında ciddi fərqlər olduğu üçün 10-20 il institutlarda çalışan əməkdaşlarımız yavaş-yavaş ya təhsil müəssisələrinə, ya da digər sahələrə yönəlir. Onların yerinə isə təəssüf ki, yeni kadrlar gəlmir. Bu sahədə işlər aparılmalıdır”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında proqrama əsasən, AMEA-nın vitse-prezidentləri Rasim Əliquliyev, Dilqəm Tağıyev, İbrahim Quliyev, İradə Hüseynova, İsa Həbibbəyli və Gövhər Baxşəliyeva, eyni zamanda AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, Gəncə bölməsinin sədri Fuad Əliyev 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabat verəcəklər.
Bundan əlavə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qurumun Nizamnaməsi haqqında məruzə ilə çıxış edəcək.
Ümumi yığıncaqdan əvvəl “Elm günü”nə həsr edilmiş Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olub. Sərgi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər tanış olublar.
Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının nümayəndələri əldə edilən nailiyyətlər, kitab və monoqrafiyalar, bukletlər, kataloqlar, yüksək məhsuldarlığı ilə seçilən bitki sortları, flora nümunələri, dezinfeksiyaedici ultrabənövşəyi robot, dronlar, sürtkü yağları və s. haqqında gələn qonaqlara məlumat veriblər. Həmçinin müəssisələrin nailiyyətləri quraşdırılmış monitorlar vasitəsilə əyani nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

