Ramazanın IV gününün duası, imsak və iftar vaxtı
05.04.2022 [10:57]
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 5-nə imsak vaxtı saat 04:51-də, iftar vaxtı isə 19:23-dür.
Ramazan ayının 4-cü gününün duası:
İmsak vaxtı üçün dua:
İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlis?.
İftar duası:
İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla.
Ramazan süfrəsi
Bu müqəddəs ayı rahat başa vurmaq üçün imsakda tox saxlayan qidalara üstünlük vermək məsləhətdir. Həm iftarda, həm də imsakda 1 stəkan süd içmək oruc tutan şəxslər üçün çox faydalıdır. Süd əhəmiyyətli kalsium və D vitamini mənbəyi olduğundan aclıq hissini yatıracaq.
Metabolizm gecə zəifləyir. Bu isə o deməkdir ki, iftarda yeyilən yeməklər bədənin yağlanmasını artırır. Bu vəziyyətin qarşısını almaq üçün imsak vaxtı südlü şorbalar içmək tövsiyə olunur. Ağ çörək yerinə qara çörəyə üstünlük verin. Qara çörək insanı həm daha tox saxlayır, həm də B qrupu vitaminlərlə zəngindir. Mütəxəssislər nəinki imsak vaxtı digər günlərdə də hər səhər bir yumurta yeməyi tövsiyə edir. Yumurta ən zəngin zülal mənbəyi olduğu üçün həm uzun müddət toxluq hissi yaradır, həm də bədənə enerji verir. Odur ki, imsak vaxtı hər səhər mütləq yumurta yeyin.
İmsakda mütləq bol meyvə yeyin. Tərkibində triptofan amin turşusu olan meyvələr iştahanı azaldır. Banan, avokado, yulaf, yaşıl noxud, fıstıq, lobya və süd triptofan baxımından zəngin qidalar siyahısına daxildir. Qanda şəkərin miqdarının sürətli enməsi və qalxması da aclıq hissini yaradan vacib amillərdən biridir. Meyvələr isə təbii şəkər mənbəyidir. İmsakda 2-3 porsiya meyvə yemək sizi gün ərzində rahatlaşdıracaq. Bundan başqa, imsakda göyərtini də unutmaq olmaz. Çünki onlardakı vitamin-mineral bədənin tələbatını ödəməsi baxımından əhəmiyyətlidir.
Oruc vaxtı ağız tez-tez quruyursa yaxşı olar ki, səhər imsakda limonlu çay içəsiniz. Təzyiq normadan çox aşağı düşürsə, səhər ac qarına 1 xörək qaşığı balı bir stəkan su ilə qarışdırıb içmək lazımdır. Bunu axşam da təkrar etmək olar. Əgər oruclu vaxtı ağzınız acı olursa, onda səhər solmazçiçəyi dəmləməsi için, iftarı isə kök, kələm, zeytun yağlı salatlarla açın, ət yeməklərini bir saatdan sonra yeyin.
Allah orucunuzu qəbul eləsin!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

