“Şəhərdən kəndə” aqroekoturizm obyektlərinin sayı artırılır
18.02.2022 [10:10]
Nicat
Ötən gün “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroekoturizm Sisteminin yaradılması” ilə bağlı seminar keçirilib. Nazir İnam Kərimov çıxışında bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin bir neçə ildir ki, həyata keçirdiyi “Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində bölgələrdə onlarla aqroekoturizm obyektinin yaradılmasına dəstək verilib. “Qax, Şəki, İsmayıllı, Balakən, Lənkəran və digər rayonlarda müasir tələblərə cavab verən aqroekoturizm obyektləri fəaliyyət göstərir. Həmin təsərrüfatların təmsilçiləri ilə apardığımız təhlillərin analizi göstərir ki, ölkəmizdə kənd turizminə maraq çox böyükdür. Şəhərlərdən gedən insanlarımız bu təsərrüfatlarda bir günlük olsa belə kənd həyatı yaşamağa, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının dadına baxmağa böyük maraq göstərirlər.
Eyni zamanda karantin tədbirlərinin yumşaldılması ilə ölkəmizə gələn turistlərin sayı çoxalmaqdadır. Turistlər təkcə müasir və tarixi ornamentlərə malik şəhərlərə deyil, zəngin mədəniyyəti, gözəl təbiəti və müasir infrastrukturu olan regionlarımıza da səfər edirlər. Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi regionlarımızda turizmin inkişafına əlavə təkan verəcək, rayon və kəndlərimizin turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradacaq”, - deyə o, qeyd edib.
“Aqroekoturizm kənd təsərrüfatı və turizm sektorlarının kəsişmə nöqtəsidir, birgə xidmət sahəsidir. Bu həm də fermerlər üçün əsaslı investisiya tələb etməyən, onlar üçün yeni gəlir mənbəyi formalaşdırmağa imkan verən sahədir. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən nümunəvi fermer təsərrüfatları həm də turizm təklifləri etməklə aqroekoturizmin daha da canlanmasına öz töhfələrini verirlər. Azərbaycanın səfalı rayonlarına gedərək kənd şəraitində müvəqqəti məskunlaşmaq, orada istehsal olunan məhsullardan dadmaq, istehsalat prosesində yaxından iştirak etmək - asudə vaxtı səmərəli keçirməyin ən maraqlı yoludur. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin biomüxtəlifliyə və eko sistemə həmçinin, müasir infrastruktura malik olması aqrar turizmin inkişafı üçün münbit şərait yaradır. Bir sıra ölkələr artıq bu sahədə böyük təcrübəyə malikdirlər. Biz həmin ölkələrin təcrübəsini öyrənərək ən uğurlu modellərin yerlərdə tətbiqi ən mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir”, - deyə İ.Kərimov əlavə edib.
Onun sözlərinə görə, nazirlik ölkədə aqroekoturizmin inkişafı məqsədilə yerli və beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı (Aİ) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir: “Belə layihələrdən biri də Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsidir. Bu istiqamətdə Avropa İttifaqının göstərdiyi dəstək ümumi işimizə öz töhfəsini verəcək. FAO-nun icra etdiyi və Aİ-nın maliyyələşdirdiyi layihə üzrə də respublikanın şimal-qərb regionlarında aqroturizmin inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Hesab edirik ki, kənd yerlərində aqroturizm sektorunun inkişafı üzrə ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıqlar daha da inkişaf etdirilə bilər. Beynəlxalq tərəfdaşlarımızın aqroekoturizm sahəsində bizimlə əməkdaşlığını yüksək qiymətləndirir, bu əməkdaşlığın daha da genişlənəcəyinə inanıram”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

