Pərvin Kərimzadə: Kəlbəcərin bərpası regionun inkişafında yeni imkanlar yaradacaq
25.11.2021 [18:38]
Vətən müharibəsindəki şanlı Zəfər, Qarabağın inkişafı, Böyük qayıdış planının icrası, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsi olmaqla yanaşı ölkəmizin dünyadakı nüfuzunu, siyasi və iqtisadi çəkisini daha da artırdı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçını sülhə məcbur etmək məqsədilə qətiyyətli əks-hücum əməliyyatlarının gedişində qazandığı möhtəşəm qələbə dünya hərb tarixində öz dəsti-xətti ilə seçildi. Ən başlıcası, müstəqil dövlətimiz Birləşmiş Millətlər Təşkilatının erməni silahlı birləşmələrinin işğal olunmuş torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən, lakin ikili standartlar üzündən illər ərzində kağız üzərində qalan qətnamələrinin icrasını özü təmin etdi.
Hər günü, hər anı xalqımız üçün şərəf və qürur mənbəyi olan Zəfər tariximizdə Ağdam rayonundan sonra Qarabağın qala qapısı sayılan Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı, xalq-iqtidar birliyinin dünyaya nümayişi oldu.
Uzun illər erməni işğalı altında olan, Kəlbəcər rayonunun ərazisində yerləşən, Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqları Ermənistan tərəfindən talan edilmişdir. Kəlbəcəri tərk edərkən belə təbii sərvətlərimizi talan edən ermənilər ağacları kəsdilər, evlərə, meşələrə od vurdular, əsl ekoloji terror törətdilər. Dünya birliyi də, beynəlxalq təşkilatlar da, işğalçı Ermənistana havadarlıq edənlər də, bəzi Qərb liderləri də erməni vandallarının ekoloji terroruna, maddi mənəvi abidələrimizin dağıdılmasına, dini abidələrinin viran qoyulmasına səssiz qaldılar. Uzun illər işğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına hasilatı, təbiətinin, endemik nümunələrinin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi bu gün yalnız ölkəmizin deyil, bütün dünya dövlətlərinin də diqqət mərkəzində olmalıdır…
Düşmən tapdağından birdəfəlik azad olan diyarda dərhal genişmiqyaslı tikinti, quruculuq işlərinə start verilməsi isə dədə-baba yurduna qovuşmağın sevinci içərisində olan Kəlbəcər elində daha aydın sabaha inamı birə-min yüksəltdi.
Azərbaycanın Ermənistanla sərhədboyu ən uzun məsafəyə - 136 kilometrlik sərhəd xəttinə malik Kəlbəcərdə üçrəngli bayrağımızın dalğalanması, azadlığından ötən cəmi bir il ərzində müstəsna əhəmiyyətə malik, həyata keçirilən infrastruktur layihələrin həyata keçirilməsi çox qısa zamanda kəlbəcərlilərin doğma yurdlarında yeni həyata başlayacaqlarından xəbər verir. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoydu. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq oldu, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edildi. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyuldu. Torpağının altı da, üstü də zəngin xəzinə olan Kəlbəcər ölkə Prezidentinin birbaşa nəzarəti və rəhbərliyi altında tez bir zamanda Azərbaycan iqtisadiyyatına inteqrasiya edəcək və Şərqi Zəngəzur bölgəsinin əsas iqtisadi istinadı, gücü olacaq.
Xəbər lenti
Hamısına baxSosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26

