Kamaləddin Qafarov: 2022-ci ilin dövlət büdcəsi daha çox sosial yönümlüdür
18.11.2021 [15:32]
“2022-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən böyük büdcə olacaq. Yeni büdcənin gəlirlər və xərclər hissəsində ötən illərlə müqayisədə artımlar nəzərdə tutulub. Bütün bunların Azərbaycanda post-müharibə dövründə və pandemiyanın hələ də davam etdiyi şəraitdə baş verdiyini nəzərə alsaq, ölkəmizin nəhəng iqtisadi gücünü daha düzgün qiymətləndirə bilərik.
Məlum olduğu kimi, COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoydu. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atdı. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edildi. Görülmüş tədbirlərin nəticəsində ötən iki il ərzində Azərbaycan ən yüksək real ÜDM-ə çatan ölkələr sırasında olmuşdur.
Eyni zamanda, bu dövr ərzində ən az inflyasiya artımı edən iqtisadiyyatın Azərbaycan iqtisadiyyatı olduğunu da müşahidə etmək mümkündür. Birmənalı olaraq demək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edir və gələcəkdə də edəcəkdir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib: “Azərbaycan iqtisadiyyatı cari ili 5 faiz artımla başa vuracaq. Bu baxımdan proqnozlar nikbindir. Yeni büdcə xərclərinin 46,5 faizi birbaşa sosial istiqamətə yönələcək. Başqa sözlə, 2022-ci ilin büdcəsi daha çox sosialyönümlü olacaq. Bütünlükdə isə 2021 və 2022-ci illərdə bərpa və yenidənqurmaya 4,4 milyard manat vəsaitin ayrılması planlaşdırılıb.
İşğaldan azad olunan ərazilərdə işlər intensiv şəkildə həyata keçirilir və qarşıdakı illərdə də bu proses davam etdiriləcək. Bununla yanaşı, 2022-ci ilin dövlət büdcəsindən təhsil, səhiyyə, müdafiə və sair istiqamətlərə xərclənən vəsaitin həcmində artımlar nəzərdə tutulub. Praktik olaraq bütün sahələr üzrə xərclərdə artım olacaq. Çünki bir tərəfdən qeyri-neft sektorundan daxilolmalar yüksəkdir, digər tərəfdən isə neftin dünya bazarında qiymətində bahalaşma var. Bu, büdcəyə neft sektorundan cəlbedilmələrin, transferlərin reallaşmasına imkan yaradır. Yeni büdcədə neftin qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub ki, bu da konservativ qiymətdir. Bu, dünya bazarında neftin qiymətinin bahalaşması fonunda potensial dalğalanmalardan dövlət büdcəsini sığorta etmək məqsədi daşıyır.”
Kamaləddin Qafarov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi işi növbəti ildə də Azərbaycan dövləti tərəfindən müəyyən edilmiş əsas prioritet istiqamətlərdən biri olaraq qalacaq: “Bu gün Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Hazırda ölkədə ixrac 15 faiz çoxalıb. Qeyri-neft məhsullarının ixracı 27 faizdən çox artıb. Bu, əlbəttə ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin real nəticəsidir.Cari ilin ilk altı ayının hər birinin iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, hər ay tənəzzül azalıb və may ayının yekunlarına görə Azərbaycan hətta müəyyən iqtisadi inkişafa da nail ola bilib.
Altı ayın ümumi yekunlarına əsasən, ölkə iqtisadiyyatının həcmi 2 faiz artıb. Bu, əlbəttə ki, çox yaxşı göstəricidir. Xüsusilə də dünyada gedən proseslərin fonunda Azərbaycanın bu uğuru çox yüksək nəticə kimi qiymətləndirilməlidir. Ölkənin iqtisadi qüdrətinin yüksəldilməsi baxımından valyuta ehtiyatlarının artımı çox vacib məsələdir və bu istiqamət daim dövlətin xüsusi nəzarətində saxlanılır.
Sevindirici haldır ki, son altı ayda ölkənin valyuta ehtiyatları 1 milyard dollar həcmində artıb. Çox mühüm bir məqamı nəzərə almaq lazımdır ki, bu artım Qarabağda və Şərqi Zəngəzurda gedən intensiv bərpa işləri fonunda baş verib və Azərbaycan bu işlərin görülməsi üçün heç bir xarici kreditora müraciət etməyib. Bu gün Azərbaycanda inflyasiya səviyyəsi 4,3 faiz ətrafındadır ki, bu da məqbul rəqəmdir.”
Millət vəkilinin fikrincə, bütün bunlar göstərir ki, Azərbaycan möhtəşəm resurs bazasına malikdir və bu resurslardan düşünülmüş və məqsədyönlü şəkildə, israfçılığa, lazım olmayan xərclərə yol verilmədən istifadə olunur. “Mühüm məqamlardan biri də budur ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılması, müasir iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatının inkişaf etdirilməsi, müasir turizm seqmentinin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası istiqamətində işlər təxirəsalınmaz vəzifələr sırasındadır və bu məsələlərin hər biri gələn ilin dövlət büdcəsində öz əksini tapmışdır.”
Xəbər lenti
Hamısına baxMədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36

