/ / Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının fəallarının şəhidlərimizin anım mərasimlərində iştirakı davam edir
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının fəallarının şəhidlərimizin anım mərasimlərində iştirakı davam edir
16.11.2021 [17:18]
Ötən gün Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvlərindən bir qrupu Saatlıda əslən Qərbi Azərbaycandan olan şəhidlərin anım mərasimlərində iştirak edib. Əsrlər boyunca xain ermənilər tərəfindən yurd yuvasından didərgin salınmış Qərbi Azərbaycan kökənli soydaşlarımız ölkəmizin dörd bir yerinə səpələnsələr də, öz tarixi köklərini, ata-baba torpaqlarını heç vaxt unutmadılar və bu illərdə düşmənin köksümüzə vurduğu yaranın intiqamını almaq üçün yeni bir nəsl yetişdiriblər.
Qərbi Azərbaycan İcması olaraq bütün şəhidlərimizin xatirəsini əziz tutur və dərin ehtiramla anırıq. Bu günlərdə icma olaraq əlimiz çatdığı qədər şəhidlərimizin anım mərasimlərində iştirak edib, ailələrinə dəstək olmağa çalışmışıq. Hər şəhidin həyat hekayəsi bizim üçün əzizdir. Saatlıya iki şəhidin sorağıyla getsək də, səfər zamanı ortaya maraqlı məqamlar çıxdı. Məlum oldu ki, hələ birinci Qarabağ savaşında da rayonda onlarla Qərbi Azərbaycan kökənli gəncimiz şəhid olub. Və bu fədakarlıq hissi, bir gün düşməndən qisas alacağımız günün yetişəcəyi arzusuyla nəsildən nəslə ötürülüb.
Elə 44 günlük Zəfər tarixində də canını Vətən uğruna fəda etmiş minlərlə şəhidin arasında Şəhid Fərrux Bayramov və Zabil Ağayev kimi oğullarımızın olması bizlərə - vətən həsrətlilərə bir daha qürur yaşatdı. Fərrux da, Zabil də əslən Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Saatlı rayonunun Məmmədabad kənd qəbiristanlığında da qoşa dəfn olunublar. Hər ikisi 44 günlük Vətən Müharibəsində qəhrəmanlıqlar göstəriblər. Ta Şuşanın azad olunmasına qədər mənfur düşmənlə əsl cəngavər kimi döyüşüblər. Fərruxun iki yadigarı qalıb, 5 yaşlı Əsmər, 3 yaşlı Fəxri. Əsmər deyir ki, atam şəhərə gedib , tezliklə gələcək, ona demişəm ki, gələndə mənə hədiyyə gətirsin! Fəxri öz aləmindədir, həyətdə gəzişir, bu qədər adamın niyə onlara gəlib getdiyini anlamır...
Zabil isə ailə həyatı qurmağa macal tapmadı, kim bilir bəlkə sevdiyi, ancaq könlünü açmadığı hansısa bir gözəl varmış, indi onu hamıdan gizli oxşayıb əzizləyir, göz yaşlarını qəlbinə axıdır ki, kimsə görməsin...
Hər iki şəhidimizin döyüş yolu işğal olunmuş rayonlarımızda keçib Şuşada başa çatıb, kiçik çavuş Fərrux Suqovuşandan Şuşaya, kiçik çavuş Zabul isə Füzulidən Şuşayadək uzanıb .Hər ikisi Şuşa uğrunda döyüşlərdə şəhadətə yuksəliblər. Hər ikisi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə azad olunmuş rayon və şəhərlərin adına tlhsis edilən medallarla təltif olunublar.
Qərbi Azərbaycan İcması üzvlərinin Saatlıya səfəri rayonun girəcəyindəki Şəhidlər Xiyabanını ziyarətlə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçəklər qoyuldu, ümummilli liderimin xatirəsi ehtiramla anıldı.
Azərbaycan Respublikası Milli Məclisində Saatlı rayonunu təmsil edən, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin təşəbbüsü ilə gerçəkləşən bu səfərdə Saatlı rayon hüquq-mühafizə orqanlarının, eləcə də icra hakimiyyətinin nümayəndələri də qonaqlarla bərabər Şəhidlərin ailələri ilə görüşdülər, valideynlərə belə vətənpərvər oğullar böyütdükləri üçün bir daha təşəkkür etdilər, səmimi söhbət zamanı ailələri narahat edən problemlərin həlli yolları araşdırıldı, şəhidlərin ruhuna dualar oxundu.
Sonra səfər iştirakçıları kənd qəbiristanlığında dəfn olunmuş şəhidlərin məzarını ziyarət etdilər, məzarları üzərinə icma tərəfindən hazırlanmış əklillər düzdülə.
İcma qadınlar şurasının sədri Telli Pənahqızı, Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin də ürək sözlərini dilə gətirərək, bir daha şəhid valideynlərinə təşəkkür etdi, onların övladları ilə bütün Azərbaycan xalqının qürur duyduğunu bildirdi. O icma adından xüsusi hazırlanmış təşəkkürnamələri şəhid analarına təqdim edərək bundan sonra da hər zaman onları dəstəkləyəcək bir ünvanın olduğunu xatırlatd:
- Sizin də övladlarınızın şücaəti unudulmayacaq, adı ürəklərdə yaşayacaq, qəhrəmanlığı dillərdə dastan olacaq, ona görə də həmişə başınızı uca, qamətinizi dik tutun, sizin övladlarınız Azərbaycan xalqını fəxri, qüruru, başucalığıdır, bütün xalq onlara minnətdardır! - dedi Telli Penahqızı.
Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Əbdüləli Həsənov və Qadinlar Şurası sədrinin müavini Rəhilə Abdullayeva da şəhid analarına təsəlli verərək bildirdilər ki, bundan sonra da şəhidlərimizin ailələrinin qayğıları, problemləri daim diqqət mərkəzində saxlanılacaq.
Səfər iştirakçıları Məmmədabad kəndində tikilmiş əbədi məşəlin yandığı Şəhidlər Bulağını da ziyarət ediblər.
Beləliklə, bu səfər dərbədər salınmış elin-obanın öz şəhid balalarının xatirəsini əziz tutub, bir vəfa borcunun ödənməsi ilə yadda qaldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15

