Qubanın Qərbi Azərbaycan sevdası
02.03.2026 [10:28]
Vətən və yurd anlayışları hər kəs üçün, xüsusən də biz azərbaycanlılar üçün müqəddəs anlayışlardır. Gündəlik leksikonumuzdakı “ana vətən”, “ doğma yurd” ifadələri də elə-belə yaranmayıb. Yəni, insan üçün anasından, doğmalarından daha əziz kim ola bilər?! Ona görə də təbiətinin, tarixinin nə dərəcədə zəngin və cəlbedici olub-olmamasından asılı olmayaraq hər kəs üçün öz vətəni, doğma yurdu daha əzizdir. Baxın, insanlar XXI əsrdə belə rahat yolu, əkinə yararlı torpaqları, yaşıllıqları, hətta yaxınlıqda içməli su mənbələri olmayan yerləri belə doğulduğu, boya-başa çatdığı yurdudur deyə tərk etmirlər.
Qarabağ əraziləri separatçılardan, silahlı terrorçu dəstələrdən təmizləndikdən sonra Azərbaycan hakimiyyətinin rəsmi təminatı olduğu halda belə oradakı ermənilərin hamısı köçüb getdilər. Çünki onlar çox yaxşı bilirdilər ki, Qarabağ lap əzəldən onların vətəni olmayıb. Amma Qərbi Azərbaycandakı ata-baba yurdlarından vəhşicəsinə deportasiya olunmuş azərbaycanlıların hər biri 50-100 ildir ki, o torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləməkdədirlər. Axı, onları Bütöv Azərbaycanın dilbər guşəsi olan Qərbi Azərbaycan ərazisində Göyçə, Vedibasar, Zəngibasar, Dərələyəz, Şəmşədli, Dərəçiçək, Qırxbulaq, Seyidli, Ağbaba, Sərdarabad və bu kimi çoxsaylı yurd yerlərini məcburən qoyub gəliblər. Min illər boyu bu insanların ulu babaları o yerlərdə yaşayıb, yaradıb, böyük və zəngin bir tarixi-mədəni irs qoyub gediblər.
Çar Rusiyasının XIX əsrdən başlayaraq tədricən ermənilərə peşkəş etmiş olduğu o yerləri necə unutmaq olar?! Bax, Azərbaycan dövlətinin Qərbi Azərbaycana qayıdş siyasəti də məhz məhələ-məhələ deportasiyaya məruz qalmış soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmaq arzusundan, istəyindən, indiki halda isə həm də təşkilatlanaraq mübarizə aparmaq əzmində olamalarıdan irəli gəlir. Azərbaycan hakimiyyətinin Qərbi Azərbaycana qayıdış siyasəti əslində elə beynəlxalq humanitar siyasətin də təməl prinsipidir.
Təqdirəlayiq haldır ki, Qərbi Azərbaycan icmasının bu istiqamətdəki aydın platforması respublikamızın bütün şəhər və rayonlarında insanlar tərəfindən son dərəcə isti qarşılanmaqdadır. Respublikamızın əksər şəhər və rayonlarında Qərbi Azərbaycan icmasının nümayəndəliklərinin yaradılması isə buna bariz misaldır.
Bu il o qədər də sabit keçməyən fevral günlərində məzuniyyət müddətimin bir neçə gününü Qubada keçirməli oldum. Doğrusu, xeyli vaxt idi ki, bu tərəflərə yolum düşməmişdi. Ona görə də ziyalı dostum şair Ramiz Qusarçaylı ilə görüşəndə ilk olaraq Quba yenilikləri ilə maraqlandım. O isə Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyində olmağı məsləhət gördü. Biz birlikdə oraya yollandıq...
İnanın səmimiyyətimə, oraya sadəcə nümayəndəlik deməyə dilim gəlmir. Ora əslində çox yaxşı düşünülmüş, mükəmməl dizayn edilmiş bir mədəniyyət mərkəzi təsiri bağışlayır. Orada Qərbi Azərbaycan reallaıqlarından xəbər verən nələr yoxdur?! İrəvan xanlığı, onun mahalları və digər yaşayış məntəqələrinin əyani şəkildə təqdim olunduğu xəritələr, diaqramlar və foto-stendlər nələrdən xəbər vermir?! Qərbi Azərbaycandan deportasiya olunaraq Qubada məskunlaşmış insanların şəxsiyyətini, peşəsini, fəaliyyət sahələrini, hətta hərbi mükəlləfiyyətli olub olmadığını bildirən ilkin sənədlər və daha nələr?!. Bu sənədlər bizə deyir ki, zaman-zaman Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızdan 4217 nəfəri məhz Quba rayonunun ayrı-ayrı yaşayış məntəqələrində məskunlaşmışdır. Bu minvalla da uzun illərdir ki, acı deportasiya taleyi yaşamış soydaşlarımızın niskili də, sevdası da Qubada hər kəsin qayğı və düşüncəsinə hakim kəsilib. Hansı ki, bu niskil və sevda Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyində səliqə ilə yan-yana düzülmüş kitab rəflərindəki bədii və tarixi əsərlərdən də oxunmaqdadır. O kitablar, o əsərlər ki, onların xeyli qisminin müəllifi və ya qəhrəmanları elə Qərbi azərbaycanlıların özləridir. Daha bir qismi isə Qərbi azərbaycanlıların həyat və mübarizə hekayələri ilə dolu olan əsərlərdir.
Sağ olsun o insanlar ki, Qərbi Azərbaycan İcmasının bir növ salnaməsi olan o kitabları, o əsərləri sevə-sevə Quba nümayəndəliyinə hədiyyə ediblər. Bu minvalla da Quba nümyəndəliyində o kitablardan ibarət dəyərli bir fond formalaşıb.
Xalqımızın Qərbi Azərbaycan yaddaşını təzələyərək yaşadan belə bir nümunəvi mədəniyyət ocağının yaradılmasının təşəbbüskarı, təşkilatçısı və canı qəlbdən ona sponsorluq edən insanlara ürəkdən alqış düşür. Əlbəttə, ünvanına ilk alqışlar səslənməli olan o böyük insan isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Qarabağ fatehi İlham Əliyevdir. Çünki Qərbi Azərbaycana qayıdışın yolu Qarabağın işğaldan azad olunmasından keçirdi ki, bunu da məhz cənab Prezident etdi.
Sağ olsun o insanlar ki, ölkə rəhbərliyinin və rayon sakinlərinin ehtimadını doğruldaraq vəzifə və vətəndaşlıq borclarını şövqlə, vicdanla icra edirlər.
Mən bu yerdə nümayəndəliyin yaradılmasında xüsusi xidmətləri olan Qərbi Azərbaycan İcması Quba nümayəndəliyin rəhbəri, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnistutunun direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru, filosof alim İlham Qaraqurbanlının, Quba rayonundan millət vəkili, iqtisad elmləri doktoru, professor, istedadlı nasir Əlibala Məhərrəmzadənin və Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbəri, şair dostumuz Ramiz Qusarçaylının adını minətdarlıq hissi ilə qeyd etməyi özümə borc bilirəm.
Qubada gəzməli, görməli, adamı ruhən saflaşdıran yerlər, məkanlar çoxdur. İndi bu sıraya Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyi də daxildir. Elə gün yoxdur ki, orada müxtəlif görüşlər, tədbirlər keçrilməsin. Bəli, cəmisi üç ay öncə fəaliyyətə başlayan Quba nümayəndəliyi qısa vaxt ərzində rayon gənclərinin, şəhid ailələrinin, müharibə veteranlarının, ziyalıların, sadə zəhmət adamlarının ən çox ziyarət etdiyi ünvana çevrilib. Burada vaxtaşırı olaraq respublikanın tanınmış elm adamları, ziyalıları, söz-sənət və siyasət adamları ilə görüşlər təşkil edilir, müsabiqə və disputlar keçirilir. Bu cür rəngarəng tədbirlər silsiləsindən şəhid ailələri, “Vətən naminə” şəhid ailələrinə dəstək İctimai Birliyi, Azərbaycanın Qadın Sahibkarlar Assosiasiyasının nümayəndələri, bölgədə fəaliyyət göstərən ədəbi məclislərin iştirakçıları, Elm və Təhsil Nazirliyinin keçirmiş olduğu “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibi, rayonun Əliməmmədova kənd orta məktəbinin XI sinif şagirdi Aydan Rəcəbova ilə olan görüşləri xüsusi olaraq qeyd etmək istərdim. Təbiidir ki, bu qəbildən olan tədbirlər insanların , xüsusən də yetişməkdə olan gənc nəslin yaddaşını Qərbi Azərbaycan sevdası ilə daha da dolğunlaşdırmağa xidmət edir.
Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinin binasına daxil olan hər kəsin ilk olaraq diqqətini cəlb edən Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin portretləri altında yazılmış iki sitat cəlb edir. Ulu Öndərə aid sitat belədir: “Mən buna inanıram, inanıram ki, o yerlərin sahibləri-azərbaycanlılar oraya qayıdacaqdır!” Prezident İlham Əliyevə aid sitatda isə bu gün artıq hər bir azərbaycanlının dilində şüara çevrilmiş olan, insanlara ruh verən “Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq” sözləri yazılıb. Bu isə o deməkdir ki, Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyində olan, orada təşkil olunan tədbirlərdə iştirak edən hər kəs bir daha əmin olur ki, bəli, nə zamansa indiki Ermənistan ərazisindəki ata-baba yurdlarından vəhşicəsinə deportasiya olunan soydaşlarımız, onların övladları və nəvə-nəticələri mütləq o yerlərə geri dönəcəklər. Həm də bunun üçün elə də çox gözləməli olmayacaqlar. İnşallah belə də olar!
Qafar Cəbiyev
AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru,
professor, Azərbaycan Respublikasının Əməkdar jurnalisti
Xəbər lenti
Hamısına baxDünya
31 Mart 21:50
YAP xəbərləri
31 Mart 21:32
Dünya
31 Mart 21:18
YAP xəbərləri
31 Mart 20:43
Dünya
31 Mart 20:32
Dünya
31 Mart 20:11
Dünya
31 Mart 19:51
Dünya
31 Mart 19:15
Dünya
31 Mart 18:57
YAP xəbərləri
31 Mart 18:41
YAP xəbərləri
31 Mart 18:35
Sosial
31 Mart 18:24
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:22
Dünya
31 Mart 18:15
Dünya
31 Mart 18:06
Mədəniyyət
31 Mart 18:05
İdman
31 Mart 18:03
YAP xəbərləri
31 Mart 18:01
YAP xəbərləri
31 Mart 17:49
YAP xəbərləri
31 Mart 17:25
Dünya
31 Mart 17:23
YAP xəbərləri
31 Mart 17:01
Dünya
31 Mart 16:42
YAP xəbərləri
31 Mart 16:41
YAP xəbərləri
31 Mart 16:39
YAP xəbərləri
31 Mart 16:39
Elanlar
31 Mart 16:32
Dünya
31 Mart 16:12
Siyasət
31 Mart 16:12
YAP xəbərləri
31 Mart 16:05
YAP xəbərləri
31 Mart 16:00
Sosial
31 Mart 15:13
Dünya
31 Mart 15:11
Sosial
31 Mart 14:49
YAP xəbərləri
31 Mart 14:24
Sosial
31 Mart 14:16
İqtisadiyyat
31 Mart 14:08
İqtisadiyyat
31 Mart 14:07
YAP xəbərləri
31 Mart 14:04
YAP xəbərləri
31 Mart 13:46
Gündəm
31 Mart 13:31
Gündəm
31 Mart 13:20
Gündəm
31 Mart 13:12
Gündəm
31 Mart 13:09
Xəbər lenti
31 Mart 12:33
Sosial
31 Mart 12:32
İdman
31 Mart 12:32
İqtisadiyyat
31 Mart 12:31
İqtisadiyyat
31 Mart 12:31
YAP xəbərləri
31 Mart 12:25
Hadisə
31 Mart 12:22
YAP xəbərləri
31 Mart 12:20
YAP xəbərləri
31 Mart 12:00
Dünya
31 Mart 11:46
Dünya
31 Mart 11:19
Dünya
31 Mart 10:56
Sosial
31 Mart 10:52
Dünya
31 Mart 10:21
YAP xəbərləri
31 Mart 10:17
YAP xəbərləri
31 Mart 10:06
Dünya
31 Mart 09:42
Siyasət
31 Mart 09:31
Dünya
31 Mart 09:17
Gündəm
31 Mart 09:16
Dünya
31 Mart 08:50
Gündəm
31 Mart 08:34
Gündəm
31 Mart 08:33
Dünya
31 Mart 08:29

