Multikulturalizm Mərkəzi “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirib
12.11.2025 [23:01]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 8 Noyabr - Zəfər Gününün 5 illiyinə həsr edilən “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra BBMM-in hazırladığı “Vətənimiz” sənədli filmi nümayiş olunub.
Tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, bu gün tariximizin ən şanlı səhifələrindən birini - Vətən müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız 44 gün ərzində əzmini, birliyini, milli həmrəyliyini nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi, tarixi Zəfər qazandı. Zəfər Günü təkcə hərbi qələbənin deyil, eyni zamanda xalqımızın mənəvi birliyinin, vətənə sədaqətinin və milli iradəsinin təntənəsidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu tarixi günü “Biz birlikdə güclüyük” şüarı altında qeyd etməklə həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə birliyin, həmrəyliyin və qarşılıqlı hörmət dəyərlərinin vacibliyini bir daha vurğulayır. Çünki Azərbaycan xalqının Zəfəri həm də milli və mənəvi birliyimizin, gücümüzün parlaq təzahürüdür. Zəfər Günü ilə bağlı “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu xarici ölkə universitetlərində də silsilə tədbirlər keçirilib.
Rəvan Həsənov diqqətə çatdırıb ki, Vətən müharibəsindəki Zəfərimizin arxasında duran ideya birlik, qardaşlıq idi. Təsadüfi deyil ki, Şanlı Zəfərimizdən sonra Qarabağda, Şuşada keçirilən ilk mədəni tədbir xalqların birliyini tərənnüm edən “Xarı Bülbül” festivalı oldu. Bu gün Zəfər qazanmışıq, suverenliyimizi tam bərpa etmişik, lakin Azərbaycanın ərazi bütövlüyünü pozmaq istəyən qüvvələr yenə də öz məkrli mövqelərindən geri durmurlar. Bu səbəbdən Azərbaycan Respublikasının vətəndaşları dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq öz həmrəyliyini daim qorumalıdır.
BBMM-in Himayəçilik Şurasının üzvü, Xalq yazıçısı Elmira Axundova diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” kəlamı bu gün real həqiqətə çevrilib. O qeyd edib ki, Vətən müharibəsi günlərində milliyyətindən, dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşlarımız bir amal uğrunda - Azərbaycanın Qələbəsi naminə birləşdilər. Müxtəlif etnik və dini icmaların nümayəndələri eyni səngərdə vuruşdu, Vətən üçün can qoydu. Bu, Azərbaycan multikulturalizminin, xalqımızın mənəvi gücünün ən gözəl təzahürüdür. Azərbaycan artıq postmünaqişə dövründədir, lakin bu dövrdə də mənəvi birliyimizə, multikultural dəyərlərimizə sadiq qalmaq, onları daha da möhkəmləndirmək mühüm vəzifə olaraq qalır. Çünki bu dəyərlər bizim milli kimliyimizin ayrılmaz hissəsidir.
Digər çıxış edənlər - Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Rizvan Nəbiyev, Mixail Zabelin, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, tat icmasının nümayəndəsi, Qarabağ qazisi, polkovnik-leytenant Hümmət Bəndiyev, ləzgi icmasının nümayəndəsi, Vətən müharibəsi iştirakçısı polkovnik Rəşad Aslanov, şəhid Məhəmməd Murtuzovun atası, avar icmasının nümayəndəsi Ramazan Murtuzov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, talış icmasının nümayəndəsi, Qarabağ qazisi, ehtiyatda olan leytenant Radif Mustafayev bildiriblər ki, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın bir yumruq kimi birləşməsi sayəsində mümkün oldu. Bu Qələbə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələ açdı, xalqımızın milli kimliyini, vətənpərvərlik ruhunu daha da möhkəmləndirdi. Diqqətə çatdırılıb ki, müxtəlifliyimiz bizim zənginliyimizdir, həmrəyliyimiz isə gücümüzdür. Azərbaycan bu dəyərləri ilə regionda və dünyada sülhün, tolerantlığın və qarşılıqlı hörmətin nümunəsinə çevrilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25

