Bayraq artıq əbədi Zəfərin rəmzidir!
09.11.2025 [18:14]
Azərbaycanın dövlətçilik salnaməsində 8 və 9 noyabr tarixləri son 5 ildə təkcə təqvimdə ardıcıl gələn iki gün kimi deyil,bu günlər milli kimliyimizin, müstəqil dövlətimizin ruhunun və qalib xalqımızın əzəmətinin təcəssümüdür.
8 noyabr Zəfər Günü, Azərbaycanın suverenlik tarixində dönüş nöqtəsi, qürur və şərəf zirvəsidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyasını Prezident İlham Əliyevin müdrik və qətiyyətli liderliyi ilə həyata keçirən Azərbaycan dövləti 2020-ci ildə 30 illik işğala son qoydu. Beş il əvvəl qazanılan bu möhtəşəm Qələbə xalqımızın birliyinin, ordumuzun qüdrətinin və Prezidentimiz cənab İlham Əliyevin siyasi iradəsinin təntənəsidir.
Bu il biz Zəfərin beşinci ildönümünü qeyd etdik. Şuşada, Bakıda, bütün ölkə boyu bayraq kimi yüksələn sevinc, əslində bir qələbənin deyil 30 ildən çox davam edən milli arzunun gerçəkliyə çevrilməsinin ifadəsidir. Və elə ertəsi gün, 9 noyabrda — Dövlət Bayrağı Günündə bu qələbənin ən uca rəmzi olan üçrəngli bayrağımız yenidən və yenidən qürurla dalğalanır.
Bayrağımız təkcə simvol deyil. O, Zəfərin özüdür. Qırmızı rəng müstəqilliyimiz və gücümüzü, yaşıl rəng mənəvi dəyərlərimizi və İslam mədəniyyətinə bağlılığımızı, mavi isə türk köklərimizi təmsil edir. Ancaq bu üç rəngin birliyində ən yüksək məna yalnız Zəfərdən sonra özünü tam ifadə etdi: indi o bayraq Şuşada, Laçında, Xankəndidə, Ağdamda, Füzulidə və bütün azad torpaqlarda dalğalanır.
Prezident cənab İlham Əliyevin dediyi kimi: “Biz bu bayrağı orada əbədi dalğalandırdıq.” Azərbaycan Bayrağı artıq əbədi Zəfərin rəmzidir.
Bu bayraq Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın rəmzidir. Azərbaycan bu gün regionun lider dövləti kimi öz sözünü həm siyasi, həm də mənəvi müstəvidə deyir.
8 noyabr Zəfəri bu uca bayrağı yenidən ucaltdı, 9 noyabr isə bu ucalığın əbədiliyini təsdiqlədi. Və bu gün hər birimiz bilir: bayraq sadəcə dalğalanmır — o, qalib xalqın ruhunda yaşayır.
Bu reallıq, bu qürur, bu möhtəşəm mənzərə — Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, sistemli və uzaqgörən siyasətin nəticəsidir.
Yaşasın üçrəngli bayrağımız!
Yaşasın Qalib Xalq və Müzəffər Ali Baş Komandan!
Əli Bədəlov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32

