MİLYONLARIN ÜMİDİ
26.08.2025 [12:01]
Azərbaycan qadını əsrlər boyu həm ailənin dayağı, həm də dövlətin dirəyi olmuşdur. Tarixin səhifələrində xalqımızın qəhrəmanlıq salnaməsini yazan Tomrisin hünəri, diplomatik zəkası ilə dövlətin taleyini qoruyan Sara xatunun müdrikliyi, Xurşidbanu Natəvanın xeyirxahlığı öz izini qoymuşdur. Müasir dövrümüzdə isə bu missiyanın ləyaqətli daşıyıcısı, milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliğatçısı, humanizm və şəfqət simvoluna çevrilən bir şəxsiyyət var: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva.
O yalnız uğurlu bir siyasətçi və ictimai xadimin siması deyil. O həm də milli irsin hamisi, xalqın rifahı üçün həyata keçirilən geniş miqyaslı, fundamental layihələrin müəllifi, şəfqət və mərhəməti ilə cəmiyyətin ümid ünvanına çevrilən müasir Azərbaycan qadınının simasıdır.
Mehriban xanımın çoxşaxəli fəaliyyəti, onun mədəniyyət, təhsil və incəsənət sahəsində göstərdiyi misilsiz xidmətləri zaman keçdikcə daha dərindən dərk edir, bu layihələrin nə qədər vacib, həyati əhəmiyyəti kəsb etdiyinin şahidi oluruq. Azərbaycan cəmiyyətində, mili mənəvi dünyamızda elə bir sahə yoxdur ki, Mehriban xanımın diqqətindən kənarda qalsın. Qeyd etdiyim kimi, Mehriban xanımın fəaliyyəti çoxşaxəli olsa da, mən səhiyyə və tibbin inkişafında gördüyü işləri xüsusi vurğulamaq istərdim. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr yüz minlərlə insanın sağlamlığının qorunmasına, gələcək nəsillərin sağlam təməlinin atılmasına xidmət edir. Qısaca desək,
insanlıq, nəciblik nümunəsi olan Mehriban xanımın milyonların yaşamaq arzusunu necə reallaşdırdığının şahidi oluruq. Axı bir körpənin, bir şəxsin sağlamlığı, sağlam həyata qayıdışı bir ailənin, bir nəslin, bir aulun, bütövlükdə böyük bir cəmiyyətin sevinci, səadətidir...
Bir həkim kimi uzun illər boyu Azərbaycan səhiyyəsinin inkişafına, tibbi xidmətlərin əlçatan olmasına və müasir standartlara cavab verməsi üçün Mehriban xanım Əliyevanın sərgilədiyi xidmətlərin müşahidəçisiyəm. Onun təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün xüsusi proqramlar həyata keçirilib, müasir klinikalar istifadəyə verilib, uşaqların sağlamlığına dair genişmiqyaslı layihələr gerçəkləşdirilib. Ölkəmizdə ilk dəfə orqan transplantasiyasının inkişafına göstərilən dəstək və minlərlə uşağa sağlam gələcək bəxş edən təşəbbüslər bu fəaliyyətin yalnız bir hissəsidir.
Mehriban xanımın, hətta səhiyyə sahəsinə göstərdiyi dəstək belə çoxşaxəlidir.
Talassemiya ilə mübarizədən danışarkən ona minnətdarlıq, təşəkkür etməyə bilmirik: 2005-ci ildən Heydər Əliyev Fondu talassemiya xəstəliyinə qarşı xüsusi proqram həyata keçirir. 2009-cu ildə Bakıda Talassemiya Mərkəzi istifadəyə verilir. Sözügedən tibb mərkəzində ildə minlərlə uşağa müasir müayinə və müalicə xidmətləri göstərilir. 2010-cu ildən talassemiya xəstələrinin qan ehtiyacını ödəmək üçün mütəmadi qanvermə aksiyaları keçirilməsi bir xeyirxahlıq ənənəsinə çevrilir.
Hemofiliya xəstələri də hər zaman Mehriban xanımın qaygısı, diqqəti altındadırlar. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən sistemli proqramlar nəticəsində hemofiliya xəstələrinin dərman preparatları ilə təminatı tənzimlənib. Əvvəllər belə xəstələrin böyük əksəriyyəti müalicə üçün xaricə üz tuturdusa, indi əksinə, onlar ölkə daxilində müalicə alıb sağlamlıqlarına qovuşurlar.
Xatırlatmaq yerinə düşər ki, 2005-ci ildən “Diabetli uşaqlara ən yaxşı qayğı” proqramı həyata keçirilir. Bu proqram çərçivəsində minlərlə uşaq insulin və tibbi ləvazimatlarla təmin olunur. Bundan başqa, məktəblərdə sağlam həyat tərzinin təbliği üçün maarifləndirici layihələr reallaşdırılıb.
Bu gün Azərbaycanın ən müxtəlif bölgələrində müasir diaqnostika mərkəzləri, xəstəxanalar əhalinin ixtiyarındadır. Məhz Mehriban xanımın təşəbbüsü və təşkilatçılığı ilə bölgələrdə müasir standartlara cavab verən xəstəxanalar, tibb mərkəzləri inşa olunub. O cümlədən Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə istifadəyə verilən müasir tibb müəssisələri regionlarda tibbi xidmətlərin keyfiyyətinin daha yüksəlməsini təmin edib.
Yenə də məhz Mehriban xanım Əliyevanın dəstəyi ilə 2009-cu ildə Azərbaycanda ilk dəfə orqan transplantasiyası əməliyyatı həyata keçirildi. Qürurla qeyd edə bilirik ki, bu gün ölkəmizdə böyrək və qaraciyər transplantasiyası müvəffəqiyyətlə icra olunur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Onkologiya Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilib. Xərçəng xəstələrinin erkən diaqnostikası və müalicəsi üçün yeni laboratoriyalar istifadəyə verilib.
Sadalanan bütün faktlar göstərir ki, Mehriban xanımın hər bir layihəsi sadəcə dövlətçilik borcunun icrası deyil, həm də bir ananın, bir Azərbaycan qadınının millətinə, xalqına, insanına olan qayğısı, sevgisidir.
Biz həkimlər çox yaxşı bilirik ki, xəstənin sağalması təkcə dərman və müalicədən deyil, həm də şəfqət və diqqətdən, nəvazişdən asılıdır.
Bu aspektdən yanaşanda biz Mehriban xanımın simasında təkcə siyasətçi və təşkilatçını deyil, eyni zamanda şəfqətli, qayğıkeş bir ana obrazını görürük: Bu obraz xalqına, insanlığa sevgidən doğub yarana bilir. Mehribanlıq, yardımsevərlik, insanpərvərlik həyat amalına çevrilən şəxsiyyətlər bu qədər böyük ola bilir. Bəli, bir ananın yalnız öz övladına göstərdiyi qayğını, sevgini Mehriban xanım Əliyeva
bütün Azərbaycan övladlarına şamil edir. Ondandır ki, biz Mehriban xanımın timsalında Azərbaycan qadınının əsrlərlə formalaşmış ən ali keyfiyyətlərini görür, şahidi oluruq. Qoy həyatının hər günü onun insanlara bəxş etdiyi xoşbəxtlik qədər dəyərli, xidmətləri qədər uca, şəfqəti qədər işıqlı olsun.
Afət HƏSƏNOVA,
Tibb üzrə fəlsəfə doktoru,
dosent
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22

