Qaradağda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı olub
23.07.2025 [08:37]
İyulun 22-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Sonra iştirakçılar mərkəzin foyesində kitabın səhifələrini əks etdirən fotoşəkillərlə və Qərbi Azərbaycana aid digər nəşrlərlə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra Qərbi Azərbaycan ərazisində yerləşən qəbiristanlıqlara və tarixi abidələrə qarşı ermənilər tərəfindən törədilən vandallıq aktlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək layihənin təkcə elmi nəşr deyil, həm də mənəvi borcun təcəssümü olduğunu vurğulayıb. O qeyd edib ki, Qərbi Azərbaycanda yaşamış soydaşlarımız illər boyu zorla didərgin salınıb, 1905-ci ildən 1988-ci ilə qədər mərhələ-mərhələ deportasiya olunublar. Qərbi Azərbaycan məsələsinin ölkənin siyasi prioritetlərindən biri olduğunu bildirən icra hakimiyyətinin başçısı vurğulayıb ki, bu istiqamətdə aparılan işlər Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Milli Məclisin deputatı Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə koordinatoru Əhməd Rzayev, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid atası Nizami Hüseynov və Qərbi Azərbaycandan olan ziyalı Kərim Cəfərli çıxışlarında kitabın elmi və ictimai əhəmiyyətlərini qeyd edib, Qərbi Azərbaycanın zəngin mədəni irsinin xalqımızın mənəvi yaddaşında yaşadığını vurğulayıblar. Onlar “Qərbi Azərbaycan irsi” kitabının nəşrinin mühüm addım olduğunu bildiriblər.
Tədbirdə, həmçinin diqqətə çatdırılıb ki, məcburi köçkün və qaçqın düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdışı Azərbaycan dövlətinin milli maraqlarına və beynəlxalq hüquq normalarına uyğundur. Bu məsələ Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir. Şanlı Zəfərdən sonra bu istiqamətdə tarixi proseslərin təməli qoyulub və xalqımız əmindir ki, dövlətimizin başçısının siyasi iradəsi sayəsində Qərbi Azərbaycana qayıdışın ədalətli həlli beynəlxalq səviyyədə təmin ediləcək.
Sonda iştirakçılar “Qərbi Azərbaycan irsi” kitabının I cildi ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxSosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49

