Xankəndidə keçirilən ECO Zirvəsi regional əməkdaşlığın inkişafını əks etdirir
06.07.2025 [15:33]
2025-ci il iyulun 4-də Azərbaycanın Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü təkcə iqtisadi forum deyil, həm də mühüm geosiyasi hadisə kimi tarixə düşdü. Qarabağda dövlət suverenliyinin tam bərpa olunmasından sonra bu cür mötəbər beynəlxalq toplantının məhz Xankəndidə keçirilməsi regionda yeni reallıqların həm rəsmi, həm də rəmzi təsdiqi kimi dəyərləndirilir.
Xankəndidə keçirilən ECO Zirvəsi, ilk növbədə, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan suverenliyinin praktik reallığa çevrildiyini bütün dünyaya nümayiş etdirdi. Əvvəllər münaqişə zonası kimi tanınan bir ərazinin artıq beynəlxalq diplomatiyanın mərkəzinə çevrilməsi, Azərbaycanın dövlət idarəçiliyi, təhlükəsizlik və infrastruktur imkanlarının yüksək səviyyədə olduğunu göstərir. Bu hadisə, eyni zamanda, regionda post-münaqişə dövrünün başlandığını və sülh, əməkdaşlıq mühitinin bərqərar olduğunu göstərən mühüm indikator kimi çıxış edir, Azərbaycanın sülh müqaviləsi təşəbbüslərinin arxasında əminlik və güvən hissi ilə dayandığını göstərir.
Zirvə görüşündə xüsusilə Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər türkdilli dövlətlərin fəal iştirakı diqqətdən yayınmadı. Bu, Türk Dövlətləri Təşkilatı ilə ECO arasında əməkdaşlıq platformalarının üst-üstə düşdüyünü göstərir. Azərbaycanın təşəbbüsləri fonunda regionda Türk inteqrasiyasının dərinləşməsi, nəinki iqtisadi, həm də geosiyasi bloklaşma proseslərini sürətləndirir. Bu həm də Cənubi Qafqazın Orta Dəhliz və Şərq-Qərb nəqliyyat marşrutlarında önəmli mövqeyə çevrildiyinin göstəricisidir.
ECO Zirvəsində iştirak edən İran, Xankəndidəki tədbirdə yüksək səviyyədə təmsil olundu. Bu, İranın regionda yaranmış yeni vəziyyəti fakt olaraq qəbul etdiyini göstərir. Pakistan isə, hər zaman olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini bir daha bəyan etdi. Türkiyənin iştirakı isə həm siyasi həmrəylik, həm də iqtisadi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu üç ölkənin mövqeyi, Cənubi Qafqazda yeni bölgəvi güc mərkəzinin formalaşdığını göstərir.
Nəticə etibarilə, ECO-nun Xankəndidəki Zirvə Görüşü, yalnız iqtisadi gündəliyi əhatə etmədi - o, həm də Azərbaycanın regional siyasətdə subyekt kimi rolunu və diplomatik gücünün artımını simvolizə etdi. Münaqişədən sülhə, qeyri-müəyyənlikdən sabitliyə keçidin canlı sübutu olan bu zirvə, gələcəkdə Azərbaycanın beynəlxalq platformalarda daha da fəallaşacağının xəbərçisi kimi dəyərləndirilir.
Pərvanə Rzayeva,
Pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun Quba filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri
Xəbər lenti
Hamısına baxDünya
25 May 10:18
Dünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13

