Bakı Yunus Əmrə İnstitutunda “Səhiyyəçi rəssamlar” adlı rəsm sərgisi açılıb
12.04.2025 [14:42]
Bakı Yunus Əmrə İnstitutunda Ankara Bilkent Şəhər Xəstəxanası əməkdaşlarının xəstəxananın Moral Sənət Emalatxanasında hazırladıqları əsərlərdən ibarət “Səhiyyəçi rəssamlar" adlı rəsm sərgisi açılıb.
Sərgidə Anadolu mədəniyyətini, təbiətini və insan həyatını əks etdirən rəngarəng kompozisiyalar nümayiş etdirilib.

Ankara Bilkent Universitetinin tibb bacısı, rəssam Səma Efe çıxışı zamanı 35 yaşında xərçəng xəstəliyinə tutulduğunu, bu xəstəliklə mübarizə apararkən rəsm kurslarına getməyə başladığını və beləcə rəsmin onun həyatının bir parçasına çevrildiyini bildirib.
“İş saatından sonra bir yerə toplanıb rəsmlər çəkirik. Bu rəsmləri yaratdıqdan sonra isə Anadolu mədəniyyətimizi səhiyyə işçilərinin fırçaları vasitəsilə bütün dünyaya tanıtmaq kimi əsas məqsədimiz olan işi görürük. İndiyə qədər bir çox ölkəyə səfər etmişik, 50-100 nəfərlik qruplarla davamlı olaraq gedib sərgilər açırıq. Bu gün burada 40-a yaxın rəsm əsəri nümayiş etdirilir”, - deyə S.Efe qeyd edib.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında musiqi, rəqs və idmanın universal xarakter daşıdığını və insanları bir araya gətirmək gücünə malik olduğunu bildirib. Onun sözlərinə görə, bunları daha da mənalı edən şey bizim öz ənənələrimizdə, mədəniyyətimizdə, insani dəyərlərimizdə axtarıb tapdığımız və dünyaya təqdim etdiyimiz elementlərdir.
“Sənətə, musiqiyə, ədəbiyyata və mədəniyyətə baxanda Bakı həqiqətən də çox gözəl bir məkandır. Burada hər sahədə çox uğurlu rəssamlar, musiqiçilər var. Çox canlı bir mədəniyyət həyatı mövcuddur. Bu səbəbdən burada olmaq çox qiymətlidir”, - deyə səfir diqqətə çatdırıb.
Daha sonra sərgiyə baxış keçirilib.

Sərgilənən əsərlərdə Azərbaycana aid motivlər və elementlər də yer alıb. Rəssamlar iki ölkənin ortaq mədəniyyətini və ənənələrini birləşdirərək, həm Anadolu, həm də Azərbaycan təbiətinin gözəlliklərini, adət-ənənələrini və folklorunu izah edən kompozisiyalar da hazırlayıblar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

