İmişli rayon Ağsaqqallar Şurasının 2025- ci il üçün İş Planı müzakirə edilib.
04.03.2025 [22:15]
İmişli rayon Ağsaqqallar Şurasının 2025- ci il üçün İş Planı müzakirə edilib.
Rayon ağsaqqallar şurasının qərargahında şuranın idarə heyəti və ərazi təşkilatları sədrlərinin iştirakı ilə İmişli Rayon Ağsaqqallar Şurasının 2025- ci ilə aid iş planı müzakirə edilmişdir.
Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin və son zamanlarda dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İllik İş Planı barədə geniş məlumat verən İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev bildirmişdir ki, illik fəaliyyət planı Azərbaycan Ağsaqqallar Şurasının cari il üçün iş planına, Nizamnaməsinə uyğun və rayon Ağsaqqallar şuralarının Əsasnaməsi əsasında tərtib edilmişdir.
V.Tağıyev iş planından icrası nəzərdə tutulan aşağıdakı məsələləri diqqətə çatdırmışdır:
Azərbaycan Respublikasının Prezidenti canab İham Əliyevin uğurlu daxili və xarici siyasət kursunun vətəndaşlarımız arasında geniș tabliğ edilməsi, Ümummilli Lider Heydər Əliyevin zəngin mənəvi irsinin, nümunəvi həyat və fəaliyyətinin, milli-mənəvi dəyərlərimizin öyrənilməsi və təbliğ edilməsi;
2025-ci ilin ölkəmizə “Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərdə və həyata keçiriləcək tədbirlərdə ağsaqqallar şurasının üzvlərinin yaxından iştirakının təmin olunması.
2025-ci ildə - "Konstitusiya və Suverenlik İli” ndə bu mühüm tarixi proseslərin təbliği, təşviqi, xüsusilə gənc nəsilə çatdırılması məqsədilə tədbirlərin, görüşlərin, müxtəlif layihələrin həyata keçirilməsi;
Rayon üzrə ali məktəblərə yüksək balla qəbul olan məzunlar, Respublika fənn olimpiadalarında yer tutan şagirdlərin uğurlarını dəyərləndirmək, valideyn və təhsil işçilərinin iştirakı ilə onlarla görüşlər təşkil etmək;
Rayon üzrə yaşayış səviyyəsi çətin, xəstə və kimsəsiz olan ailələr, şəhid, qazi ailələrinə maddi və mənəvi dəstək göstərmək. Müvafiq bayramlarda onlara bayram hədiyyələri verilməsini təşkil etmək;
Rayon Ağsaqqallar Şurasına müraciət edən vətəndaşları şuranın qərargahında qəbul etmək, onları dinləyərək problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görmək, yazılı və şifahi müraciət edən hər bir vətəndaşın məmnun qalmasına nail olmağa çalışmaq;
Azərbaycanın dövlət bayramları, hüzn günlərində və digər mühüm tarixi hadisələrin ildönümləri ilə əlaqədar ziyarət və tədbirlərin keçirilməsi, Vətən müharibəsinə Zəfər Gününə, şəhidlərimizə və qazilərimizə həsr edilmiş, vatənpərvərlik ruhunu təbliğ edən görüşlərin təşkil olunması;
Ahıllar günü ərəfəsində rayon ağsaqqallar şurası üzvlərinin iştirakı ilə tədbirlər təşkil etmək.
Rayon üzrə zəruri ehtiyacı olan, yaxud kimsəsiz ahıllarla görüşmək onlara maddi və mənəvi yardım göstərmək;
Cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya, siqaret aludəçiliyi və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzinin, idman və düzgün yașam fəlsəfəsinin təbliğ olunması, bu sahədə dövlət və ictimai qurumlarla sıx əməkdaşlığın həyata keçirilməsi;
Rayon Ağsaqqallar Şurasının həyata keçirdiyi tədbirləri, görülmüş işləri İmişli rayon Ağsaqqallar Şurasının mətbuat orqanı olan “Xalq Sözü” qəzetində, rayon ağsaqqallar şurasının saytında və Facebook səhifəsində müntəzəm olaraq işıqlandırmaq;
İmişli Rayon Ağsaqqallar Şurasının 2025- ci ilə aid iş planı ətrafında müzakirələr aparlmış, təkliflər nəzərə alınmışdır, tədbir iştirakçıları icrası nəzərdə tutulan məsələləri məqsədəuyğun hesab etmişlər.
Tədbir iştirakçıları əminliklə və inamla ifadə etmişlər ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədri hörmətli Saleh Səmədovun rəhbərliyi, yüksək təşkilatçılığı və hər bir şura üzvünün yaxından iştirakı ilə cari ildə qarşıya qoyula vəzifələr uğurla həyata keçirləcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23

