NAYORA Xocalı soyqırımının 33-cü ildönümünü silsilə tədbirlərlə qeyd edib
27.02.2025 [18:31]
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirib.
NAYORA-dan AZƏRTAC-a bildirilib ki, tədbirlər faciə qurbanlarının əziz xatirəsini anmaq məqsədilə “Ana harayı” abidəsinə keçirilən yürüşlə başlayıb. Yürüşdə gənclər, gənclər təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də Tələbə Gənclər Təşkilatlarının üzvləri iştirak ediblər. İştirakçılar Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini dərin hörmət və ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalı: Unudulmayan tarix” adlı anım tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Milli Məclis sədrinin müavini Musa Qasımlı, Milli Məclisin deputatı Naqif Həmzəyev, Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Gənclər Təşkilatlarının Milli Şurasının baş katibi Nərminə Hüseynzadə və Vətən müharibəsi qazisi Müseyib Qəhrəmanov çıxış ediblər. Çıxışlarda erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımının bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri, misli görülməmiş qırğın olduğu vurğulanıb, xalqımızın sarsılmayan mübarizə ruhundan, Zəfərə inamından söz açılıb. Həmçinin Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər və bu kampaniyanın soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasındakı mühüm rolundan danışılıb. Qeyd olunub ki, kampaniya çərçivəsində Xocalı həqiqətlərinin dünyaya çatdırılması, tarixi ədalətin bərpası və insanlığa qarşı törədilən bu cinayətin tanıdılması məqsədilə müxtəlif ölkələrdə sərgilər, konfranslar, yürüşlər və digər tədbirlər həyata keçirilir.
Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı həqiqətləri rəqəmsal sənətdə” adlı fotomüsabiqə də başa çatıb. Müsabiqə çərçivəsində iştirakçılar süni intellekt və rəqəmsal alətlərin köməyi ilə faciəni yaşadan, yaddaşlara həkk edən vizual əsərlər yaradıblar. Müsabiqənin məqsədi Xocalı soyqırımının dərin emosional təsirini sənət vasitəsilə çatdırmaq, tarixi həqiqətləri yeni nəsillərə innovativ üsullarla ötürmək və vizual ifadənin gücünü nümayiş etdirmək olub. Seçilmiş əsərlər sərgilənib və ən yaxşı üç əsərin müəllifi Nahid Xəlilov, Nəzrin Bayramova, Əminə Süleymanzadə mükafatlandırılıb.
“Azadlıq salnaməsi” adlı intellektual yarışın məqsədi fevralın 26-sı tarixini dərindən öyrənmək, milli yaddaşı qorumaq və gənclər arasında tarixi maarifləndirməni gücləndirmək olub. İştirakçılar Xocalı hadisələri, Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və ümumilikdə tarixi faktlar haqqında biliklərini sınayaraq yeni məlumatlar əldə ediblər. Yarışın qaliblərinə sertifikat və mükafatlar təqdim edilib. Qeyd edilib ki, intellektual yarış Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA və “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Xəbər lenti
Hamısına baxDünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24

