/ / Daha 8 gənc “Bakı Metropoliteni”nin xüsusi təlim proqramını bitirərək maşinist peşəsinə yiyələnib
Daha 8 gənc “Bakı Metropoliteni”nin xüsusi təlim proqramını bitirərək maşinist peşəsinə yiyələnib
20.02.2025 [22:16]
“Bakı Metropoliteni” QSC-də qatar maşinistlərinin sayının artırılması və peşəkar kadrların yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Təlim-tədris mərkəzində 8 gənc xüsusi təlim proqramını uğurla başa vuraraq maşinist peşəsinə yiyələnib.
Təlim-tədris mərkəzində keçirilən tədbirdə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov gənc maşinistlərə öz tövsiyələrini verib. Bu çətin, lakin şərəfli peşədə hər birinə uğurlar arzulayıb. Tədbirin sonunda müdavimlərə qatarı idarəetmə vəsiqələri təqdim olunub.
Yeni maşinistlər sırasında daha bir xanımın yer alması bu kursun mühüm məqamlarından biridir. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Aydan Kərimova təlimləri uğurla tamamlayaraq, “Bakı Metropoliteni” QSC-də qatar idarəetmə hüququna yiyələnən növbəti qadın maşinist olub. Onun bu uğuru, qadınların nəqliyyat sektoruna artan marağının bariz nümunəsidir.
Qeyd edək ki, qatar maşinisti kursuna qəbul prosesi bir neçə mərhələdən ibarətdir. Namizədlər texniki biliklər üzrə ilkin test imtahanından, psixoloji sınaq və müsahibə mərhələsindən keçdikdən sonra nəzəri hazırlıq prosesinə başlayırlar. Üçaylıq təlim müddətində onlara metropoliten sisteminin əsasları, vaqonların quruluşu, texniki xidmət, təmir prosesləri və təhlükəsizlik qaydaları üzrə ətraflı məlumatlar verilir, qazandıqları biliklər hər mərhələnin sonunda imtahan vasitəsilə yoxlanılır.
Təlim kursu müasir texnoloji yeniliklərin tətbiqi ilə həyata keçirilir. Namizədlər Təlim-tədris mərkəzində quraşdırılmış innovativ qatar trenajoru vasitəsilə real şəraitə maksimum yaxın mühitdə qatar idarəetmə təcrübəsi qazanırlar. Son mərhələdə isə onlar qeyri-pik saatlarda təlimçilərin nəzarəti altında metro xətlərində sınaqlara cəlb edilirlər.
Qatarın 10 min kilometr sərbəst idarəetmə normativini uğurla tamamlayan namizədlər yekun imtahandan sonra tamhüquqlu maşinist adı qazanır. Hazırda 14-cü kursun nəzəri hissəsi başa çatıb və 11 müdavim praktik təlimlərə başlayıb.
Yanvarda elan edilmiş müsabiqəyə isə 735 müraciət daxil olub. Onların arasından tələbələrə uyğun gələn 235 namizəd mərhələli şəkildə imtahanlara cəlb ediləcək.
“Bakı Metropoliteni” QSC-də kadr hazırlığı və işçi qüvvəsinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar nəticəsində yeni seçim qaydalarına əsasən, bu günədək maşinist peşəsinə yiyələnən 87 nəfər metropolitendə işlə təmin edilib. Ümumilikdə isə Bakı metrosunda 2-si qadın olmaqla, hazırda 243 qatar maşinisti çalışır.
“Bakı Metropoliteni” QSC-də yeni texnologiyaların tətbiqi, sərnişin təhlükəsizliyinin təmin olunması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar, o cümlədən qadın maşinistlərin sayının artması ilə nəqliyyat sektorunda gender bərabərliyin təşviqi əldə olunan uğurlu nailiyyətlərdəndir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

