ASAP tərəfindən Gənclər Günü münasibətilə silsilə tədbirlər təşkil olunub
02.02.2025 [21:25]
Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib.
ASAP-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi, Almaniya Azərbaycan Mədəniyyət Mərkəzi və ASAP-ın birgə təşkilatçılığı ilə Almaniyada yaşayan azərbaycanlı tələbə və məzunların şəbəkələşmə görüşü baş tutub. Görüş zamanı gənclər il ərzində göstərdikləri fəaliyyət və gələcək prioritetlər barədə danışıblar. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək Azərbaycan Gəncləri Gününün yaranma tarixi və ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurları haqqında məlumat verib. Eyni zamanda, Almaniyada yaşayan azərbaycanlı gənclərin ölkəmizin mədəni irsinin təbliğində fəal iştirakı və gələcəkdə bu istiqamətdə icrası nəzərdə tutulan fəaliyyətlərlə bağlı müzakirələr aparılıb.
Gənclər Fondunun dəstəyi, ASAP-ın təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş şəbəkələşmə tədbiri də keçirilib. ASAP-ın İdarə Heyəti, məzun birlikləri və xarici nümayəndəliklərin üzvlərinin iştirakı ilə baş tutan tədbir zamanı gənclər müxtəlif şəbəkələşmə fəaliyyətləri vasitəsilə bir-birlərini yaxından tanımaq, xaricdə təhsil zamanı qazandıqları təcrübələri bölüşmək imkanı əldə ediblər. Tədbirdə çıxış edən ASAP-ın İdarə Heyətinin sədri Milana Mir Feyzullazadə, ASAP-ın icraçı direktoru Sevda Mansurova və Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə azərbaycanlı gənclərin beynəlxalq arenada layiqli təmsilçiliyi, dövlətin gənclərə olan qayğısı və bu istiqamətdə həyata keçirilən uğurlu layihələr barədə danışıblar. Qeyd olunub ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində, eləcə də beynəlxalq arenada özlərini doğruldurlar.
Azərbaycan Gəncləri Günü ilə əlaqədar, həmçinin fəal ASAP nümayəndəliklərinin onlayn görüşü də baş tutub. 15 fərqli ölkədə fəaliyyət göstərən ASAP nümayəndəliklərinin üzvlərinin iştirak etdiyi tədbirdə gənclər təhsil aldıqları ölkələrdəki sosial fəaliyyətləri haqqında danışıb, bilik və təcrübə mübadiləsi aparıblar. Qeyd olunub ki, bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nümayəndəlik üzvləri arasındakı əlaqələrin gücləndirilməsi və birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bundan başqa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş icbari tibbi sığorta ilə bağlı maarifləndirici təlim keçirilib. Təlim zamanı gənclər icbari tibbi sığortanın əhatə dairəsi, faydaları və müraciət prosedurları barədə məlumat əldə ediblər. Agentliyin nümayəndəsi icbari tibbi sığorta və ondan istifadə qaydaları, eləcə də düzgün qidalanma, fiziki fəaliyyət, stresslə mübarizə və psixoloji sağlamlığın əhəmiyyətindən danışıb. Tədbirin sonunda gənclərin mövzu ətrafında sualları cavablandırılıb.
Əlavə olaraq, Azərbaycan Gəncləri Gününə həsr edilmiş videolayihə hazırlanıb. Videoda müxtəlif ölkələrdə fəaliyyət göstərən ASAP nümayəndəliklərinin üzvləri iştirak ediblər. Layihə çərçivəsində gənclər bu əlamətdar günə dair fikirlərini və təbrik mesajlarını bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

