Hökmdarın taleyi...
31.01.2025 [10:15]
Qarabağ xanı xəyanətə necə qurban getdi?
Tarix nəticə çıxarmaq üçün ən real faktdır. Azərbaycan tarixində isə həm də acı xəyanətlərə çox rast gəlinir. Son 300 illik tariximizə baxsaq xalqımızın inamından, situasiyadan istifadə edərək bizə qarşı hansı qara planların hazırlandığını və həyata keçirildiyini görmüş olarıq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışlarında hər zaman tarixi reallıqlardan, tarixi xəyanətlərdən misallar gətirir - yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışında Prezident bir daha bu məqama toxundu: “ Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək...”
“Kürəkçay” müqaviləsi...
Dövlət başçısının misal gətirdiyi tarixi fakt XIX əsrin ilk illərinə təsadüfi edir. Həmin dövrdə Rusiya Cənubi Qafqazda apardığı işğalçılıq siyasətinin nəticəsi olaraq Kartli Kaxetiya çarlığını, Borçalı, Qazax və Şəmşədil sultanlığını, Car-Balakəni, Gəncə xanlığını işğal etmişdi. Sonradan isə hiyləyə əl atan Rusiyanın Azəfrbaycanı işğal etməsi ilə görəvləndirdiyi general Sisianov siyasi manevr etməyə başladı. Öz qaniçənliyi ilə tanınan Sisianov mehriban bir tərzdə müraciət edərək İbrahimxəlil xanın mövqeyini dəqiqləşdirmək fikrinə düşdü. İbrahim xan və onun baş vəziri Molla Pənah Vaqifin İrandan fərqli olaraq Rusiyaya meylli olması Sisianovun xarici siyasət planına uyğun gəlirdi. 1805-ci ildə 14 mayda Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında “Kürəkçay” müqaviləsi imzalandı. Müqaviləni Rusiya tərəfdən Qafqaz qoşunlarının baş komandanı Sisianov imzaladı - “Kürəkçay” müqaviləsi Qarabağın faciəli taleyinin başlanğıcını qoydu. 11 maddədən ibarət “Andlı öhdəlik” adlanan bu müqavilə ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi. Bu müqavilənin şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı olur, Rusiya çarına görə digər xarici dövlətlərlə münasibət saxlamaq hüququndan məhrum edilir, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Bundan əlavə, Şuşa qalasında və xanlığın ərazisində Rusiya qoşununun yerləşdirilməsi barədə də razılıq verilirdi. Bunlarla yanaşı, çar qoşunları general-leytenantı rütbəsi verilmiş İbrahimxəlil xan birbaşa çar baş komandanına tabe idi. Eyni zamanda Rusiya hökuməti də xanın və onun varislərinin daxili idarəetmə hüquqlarına toxunmayacağını öhdəsinə götürdü. “Kürəkçay” müqaviləsi 17 ildən sonra, yəni 1822-ci ildən sonra Qarabağ xanlığının çar hökuməti tərəfindən ləğv edilməsi ilə rəsmi qüvvəsini itirmiş oldu.
İbrahimxəlil xanın qətli...
İbrahimxəlil xanın sonrakı taleyi göstərir ki, heç bir müqavilə, heç bir andlı öhdəlik onu düşmənin pəncəsindən xilas etmədi. 1805-ci il iyul ayının 2-də İbrahimxəlil xan ailəsi ilə birlikdə rus zabiti Lisaneviç tərəfindən qətlə yetirildi. Qarabağ salnamələrində İbrahimxəlil xanın öldürülməsinin səbəblərindən biri kimi əvvəlcədən - 1805-ci ildə Peterburqda hazırlanmış plana əsasən öldürülməsi kimi, digəri isə ermənilərin xan haqqında uydurma xəyanət haqqında xəbər verməsi nəticəsində baş verdiyi bildirilir. M.C.Qarabaği yazır ki, “1806-cı ilin yazında Qızılbaş qoşunu (çar mirzəsi Cavanşir Qarabaği qızılbaş deyərkən İran qoşununu nəzərdə tutur) Qarabağ torpağına yenidən hücuma keçməyə başladı. Onların qarşısını almaq üçün Qarabağda mayor Lisanoviçin yeger dəstəsindən başqa qoşun olmadığından və məhsul vaxtı gəlib çatdığından İbrahim xan Qarabağ elləri ayaq altında qalmasın deyə qızılbaşlarla xoşluqla rəftar etməyə başladı. Ermənilər bunu mayor Lisanoviçə xəyanət kimi başa saldılar. Buna görə də İbrahimxəlil xan qətlə yetirildi”.
Halbuki, İbrahimxəlil xanın xaincəsinə öldürülməsindən sonra mayor Lisanoviçin hərbi rütbəsinin artırılması göstərir ki, bu plan əvvəlcədən hazırlanıbmış. Qarabağa isə məhz bundan sonrakı mərhələdə erməni əhalisi yerləşdirilməyə başladı. 19 iyul 1811-ci ildə Rusiya xarici işlər naziri O.P.Kozodavlevə təqdim olunan sənəddə bu məsələ barədə göstərilirdi: “Qarabağ vilayətində əhali 12 min ailə kimi qeydə alınmışdır ki, bunların da 2500-ü erməni ailəsidir (bu erməni adlandırılanların əksəriyyəti xristian albanlar idi), yerdə qalanları məhəmmədi dinli tatarlardır”...
Beləliklə, bu fakt bir daha onu göstərir ki, sözünə dönük çıxanlara etibar etmək olmaz...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

